
Facebook-un aylıq aktiv istifadəçi kütləsi 3 milyard insanı keçib
Sosial Media
28.07.2023
Emil
Meta şirkətinin yeni rüb hesabatında qeyd edilmiş məlumata əsasən Facebook-un aylıq aktiv istifadəçi kütləsi 3 milyard insanı keçib. Sosial şəbəkənin gənc istifadəçilər arasında məşhurluğunun son illərdə aşağı düşməsinə baxmayaraq o yenə də aktiv şəkildə istifadə edilir. Bununla yanaşı şirkətin bütün tətbiqləri ilə platformalarının ümumi aylıq aktiv istifadəçi kütləsi 3.88 milyard insan təşkil edir. Bu isə Yer kürəsi əhalisinin demək olar yarısıdır. Facebook-un gündəlik aktiv istifadəçi kütləsi artmaqda davam edir.
Belə ki, sözügedən sosial şəbəkədən gün ərzində 2.064 milyard insan istifadə edir. Daha öncəki rübdə isə sosial şəbəkənin gündəlik aktiv istifadəçi kütləsi 2.037 milyard insan təşkil etmişdi. Bu çox vacib göstəricidir. Belə ki, 2021-ci ilin yekun nəticələrini açıqlayan zaman şirkət öz sosial şəbəkəsində aktiv istifadəçi kütləsinin ilk dəfə azaldığını qeyd etmişdi. Facebook-un gündəlik və aylıq aktiv istifadəçi kütləsinin artmasının əsas səbəblərindən biri də Reels videoları ola bilər. Reels videoları TikTok-un qısa formatlı videolarının analoqudur və şirkət bu istiqaməti Facebook ilə Instagram-da aktiv şəkildə inkişaf etdirir.
Paylaş
Bənzər xəbərlər