
'Facebook'un ilk prezidenti Sean Parker sosial şəbəkəni sərt şəkildə tənqid etdi
Sosial Media
11.11.2017
Emil
2000-ci illərin əvvəlində “Facebook”un inkişafına böyük dəstəyi vermiş şirkətin birinci prezidenti Sean Parker sosial şəbəkəni sərt şəkildə tənqid edib.
Qeyd etmək lazımdır ki, məhz Sean Parker
şirkəti böyük investorların qarşısına çıxardaraq onun yeni səviyyəyə yüksəlməsinə
nail oldu. İndi isə o, sosial şəbəkəni öz məqsədləri üçün insanların zəifliklərindən
istifadə etməsi ilə ittiham edir
“Tək tanrı bilir ki, Facebook bizim övladlarımızın ağıllarına necə təsir edir. Bu cür servislərin yaradılışı zamanı bütün güclər insanın boş zamanını almağa və onun diqqətini uzun müddət çəkməyə yönəlir. Yaradıcılar insan psixologiyasının necə çalışdığını yaxşı anlayırlar və bundan maksimal dərəcədə istifadə edirlər. Sosial şəbəkələr faktiki olaraq insan orqanizmində ifraz olunan dofamini nəzarət altına götürüblər. Hər bir bəyənmə və şərh onun ifrazına gətirib çıxarır. Bunu Zukerberg bilir, bunu Instagram-ın yaradıcısı Kevin Systrom bilir və mən bilirəm” – deyə Sean Parker, Axios saytı tərəfindən keçirilmiş tədbirdə bildirib.

Onun əsas ittihamı ondan ibarətdir ki,
Facebook öz məqsədləri üçün insanın zəif tərəflərindən istifadə edir və faktiki
olaraq insan psixologiyasının hack olunması ilə məşğul olur. Parker bildirib
ki, hələ o, şirkətdə olan zaman Facebook insan psixologiyasının boşluqlarından
istifadə edirdi. İlk başlarda bu insan zəifliklərindən bilərəkdən istifadə olunurdu.
Bu cür format, insanı, bəyənmə və şərh alma ümidi ilə daha çox kontent
yaratmağa məcbur edir.
Bununla Parker etiraf etdi ki, vaxtı ikən böyük bir
canavarın yaradılmasına yardımçı olub. Qeyd etmək lazımdır ki, Sean Parker,
Facebook-a gələndə heç layihənin 1 ili tamam olmamışdı. Fakt kimi qəbul olunur
ki, məhz o, “Facebook”a
böyük investorları cəlb edib. Parker həmçinin sosial şəbəkələrdə cəmiyyətlərin
yaradılması ideyasının müəllifidir. Parker şirkətdə 2005-ci ilə kimi çalışdı.
Daha sonradan narkotik vasitələrin saxlanması ittihamı ilə o, şirkətdən kənarlaşdırıldı.
Həmin hadisədən sonra o, Spotify-a investisiya yatırdı. İndi isə onun var-dövləti
2.6 milyard dollar dəyərində qiymətləndirilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
