main-post-cover

    Facebook-un iOS versiyasına Dark Mode gəlir

    Sosial Media
    22.04.2020
    Nijat Hamid
            Facebook şirkəti keçən ilin Aprel ayında Messenger tətbiqinin iOS versiyası üçün Dark Mode rejimini istifadəyə vermişdi. Avqust ayından etibarən isə iOS üçün Facebook tətbiqinin Dark Mode versiyası hazırlanmağa başladı. WABetaInfo tərəfindən paylaşılan şəkillərə görə isə Facebook artıq iOS üçün tətbiqin Dark Mode funksiyasını tamamlamaq üzrədir.

    Facebook-un Dark mode rejimi qara rəng əvəzinə boz rəngin daha tünd tonlarında olacaq.

     
           Şəkillərdən göründüyü kimi ikonloqolar isə ağ rəngdə göstəriləcək. Həmçinin iOS istifadəçiləri Dark Mode rejimini istədikləri vaxt aktivləşdirib təkrar deaktiv edə biləcəklər. Lakin Dark Mode rejiminin Facebook-un iOS versiyası üçün nə vaxt yayımlanacağı hələ də bilinmir. Yenə də şəkillərə baxdığımız zaman yaxın aylarda gəlməsi ehtimal oluna bilər. İOS üçün yayımlandıqdan sonra Android üçün də Facebook Dark Mode rejimi gələcəkdir deyə təxmin edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər