Facebook-un mobil tətbiqində səsli köməkçi aşkar edildi

Facebook-un mobil tətbiqində səsli köməkçi aşkar edildi

Sosial Media
15.09.2017 PAYLAŞIM

“Facebook”un, özünün səsli köməkçisi üzərində çalışdığı barəsində yeni məlumatlar ortaya çıxıb.

Şirkətin hazırladığı səsli köməkçi, Siri Alexa ilə rəqabət aparacaq. Son zamanlarda olan trendə əsasən hansısa şirkətin yeni məhsulu haqqında məlumatlar əsasən artıq istifadə olunan məhsulların sistem kodlarında aşkar edilir. Buna misal olaraq iPhone X haqqında məlumatların necə yayıldığını göstərmək olar. Bu dəfə bu cür hadisə, “Facebook” ilə baş verdi. Belə ki, proqramçı Blake Tsuzaki, Facebook-un mobil tətbiqinin son versiyasında, səsli köməkçiyə işarə edən məlumatlar aşkar edib. Əldə olunmuş məlumatlara əsasən səsli köməkçi, standart sorğuları yerinə yetirəcək.

Yəni, o, məlumat axtaracaq, istifadəçiyə müəyyən təklifləri edəcək və ya məsələn hər hansısa bir idman növündə hansı idman komandasının qalib gəlmə ehtimalının yüksək olduğunu təyin edəcək. Tsuzaki qeyd edib ki, tətbiqin sistem kodunda səsli köməkçi barəsində izlərə ilk dəfə bu ay rast gəlib. Hal hazırda o deaktiv edilib. Lakin proqramçının bildirdiyinə görə o, səsli köməkçi vasitəsilə bir neçə sorğunu yerini yetirib. Ənənəvi olaraq “Facebook” bu barədə heç bir məlumat verməyib. Şirkət sadəcə bildirib ki, hal hazırda tətbiqdə səsli köməkçi funksiyası yoxdur və hətta çox kiçik auditoriya daxilində belə, test edilmir. Şirkətin, özünün səsli köməkçisini yaratması barəsində şaiyələr çoxdan yayılmışdır. Lakin şirkət heç vaxt həmin məlumatları təsdiq etmirdi. Bununla yanaşı şirkətə yaxın olan şəxslərin məlumatlarına əsasən səsli köməkçi üzərində bir neçə müddət bundan öncə yaradılmış və istehlakçı texnologiyasından cavabdeh olan şöbə çalışır. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ən çox konfidensial məlumat yığan servislərin reytinqi tərtib olunub

Apple sayəsində iOS istifadəçiləri bu və ya digər tətbiqin hansı konfidensial məlumatları yığdığını ..


Almaniya hökuməti Facebook-a Whatsapp istifadəçilərinin məlumatlarını yığmağı qa..

Almaniya dünyada ilk dəfə Facebook-un Whatsapp istifadəçilərinin məlumatlarını yığmasını qanun səviy..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçi hesabları ..

Son zamanlarda Whatsapp messenceri yeni konfidensiallıq siyasətinə görə sərt şəkildə tənqid olunur. ..


Clubhouse-un Android versiyası bəzi istifadəçilər üçün təqdim olunub

iOS-də istifadəyə verilməsindən 1 il sonra Clubhouse sosial şəbəkəsi sonunda Android üçün təqdim olu..


Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək...


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...

×