
Facebook-un öz istifadəçilərini dinləyərək onlara reklam postlarını təqdim etməyi sübut edən video yayıldı
Sosial Media
31.10.2017
Emil
Reddit saytında “Facebook”un, öz istifadəçilərini dinləyərək onlara müxtəlif reklamlar təqdim etdiyini sübut edən videoya maraq artıb.
Sözügedən video AnimalCrust ləqəbli
istifadəçi tərəfindən Reddit saytına əlavə olunub və bir neçə saat ərzində həmin
video 100.000 bəyənmə, 11.000 şərh əldə edib. Videoda əks olunmuş şəxs,
Facebook-un, cihazlardakı mikrofonlar vasitəsilə insanların məişət söhbətlərini
necə dinlədiyini və daha sonra sosial şəbəkədə həmin söhbətlərdəki mövzular üzrə
reklamları təqdim etdiyini göstərib.
Beləliklə videonun əvvəlində həmin şəxs
bilərəkdən yalnız pişiklər və pişik yemləri barəsində söhbət edir. Daha sonra
o, Facebook tətbiqinə daxil olur və ev heyvanları üçün nəzərdə tutulmuş yemlərin
reklamının peyda olduğunu əks etdirir. Videoya şərh bildirmiş Reddit istifadəçiləri
qeyd ediblər ki, onlar da bu cür vəziyyətlərlə dəfələrlə qarşılaşıblar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
