Facebook-un veb versiyasının yeni dizaynı test edilir

Facebook-un veb versiyasının yeni dizaynı test edilir

Sosial Media
13.01.2020 PAYLAŞIM

    Keçən ilin may ayında Facebook şirkəti öz sosial şəbəkəsində böyük dizayn dəyişikliyini anons etmişdi. İndi isə həmin dizayn dəyişikliyi sosial şəbəkənin veb versiyasında test olunur. Bu barədə Cnet saytı xəbər verib. Beləliklə yeni dizayn sayəsində sosial şəbəkənin veb versiyası mobil versiyaya bənzəyir. Ortaya çıxmış fotodan da görmək olar ki, Facebook-un veb versiyasının yuxarı hissəsində ənənəvi göy rəngli panel yoxdur.


    Göy rəng bundan sonra yalnız şirkət loqosunda olacaq. Sosial şəbəkənin ümumi rəngi isə ağ olacaq. Bundan əlavə olaraq Facebook-un veb versiyasında Dark Theme rejimi də istifadəyə veriləcək. Ümumi olaraq yeni dizayn çox sadə görünür. Buna görə də tərtibatçılar onu sadəcə olaraq The New Facebook adlandırırlar.

    Yeni dizayn hələ bir sıra istifadəçilər üçün aktivdir. Həmin istifadəçilər təsadüfi şəkildə seçilir və sosial şəbəkəyə daxil olan zaman onlara yeni dizaynın test olunması təklifi edilir. Test razılığını verəndən sonra istifadəçilər yeni dizayn barəsində fikirlərini və iradlarını sosial şəbəkəyə göndərə bilərlər. Bundan əlavə olaraq istifadəçilər istənilən vaxt sosial şəbəkənin keçmiş dizaynına qayıda bilərlər. Sosial şəbəkənin yeni dizaynı bu ilin yaz fəslində bütün istifadəçilər üçün aktiv olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell 'Telegram Bot' - rəqəmsal dünyada yeni bələdçiniz!

Lider mobil operator innovativ “Telegram Bot” xidmətini təqdim edir


Facebook-a 'keçmişi təmizləmək' funksiyası əlavə edilib

Facebook sosial şəbəkəsinə özəl məlumatların idarəetməsi funksiyası əlavə edilib.


Öyrənmək hər uşağın haqqıdır

Azercell 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nö..


28 May Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqa..

Lider mobil operator bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi


Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

Sosial media nəhəngi Facebook-a yeni funksiya gəlir, beləcə istifadəçilər profillərini kilidləyə bil..

×