Facebook və Instagram Avropada öz videolarının kefiyyətlərini aşağı salıb

Facebook və Instagram Avropada öz videolarının kefiyyətlərini aşağı salıb

Sosyal Medya
24.03.2020 PAYLAŞIM

    Facebook Instagram digər şirkətlərə qoşularaq Avropa regionunda öz platformalarındakı vdeokontentlərin keyfiyyətlərini aşağı salıblar. Bu barədə Reuters saytı xəbər verib. Bütün dünyada yayılan koronavirus səbəbilə insanlar karantin vəziyyətində öz evlərində qalırlar. Beləliklə həmin şəxslər uzaqdan çalışmalı və təhsil almalıdırlar. Bununla yanaşı evdə qalan insanlar aktiv şəkildə filmlərə və seriallara baxırlar. Bu səbəbdən məlumatların ötürülməssi şəbəkələrinə həddindən artıq yüklənmə yaşanır.

    Buna görə də internet bağlantılarında kəsintilərin baş verməsi riski ortaya çıxır. Beləliklə Avropa komissiyası streaming servisləri öz videokontentlərinin keyfiyyətlərini aşağı salmağa səsləyib. Bu üsul ilə internet şəbəkələrinə olan yüklənmələrin səviyyəsini aşağı salmaq olacaq. Sözügedən çağırışa artıq Netflix, Youtube Amazon kimi platformalar qoşulublar və öz videokontentlərinin keyfiyyətlərini aşağı salıbıar. İndi isə Facebook və Instagram platformaları da bu təşəbbüsə qoşulublar.

    “Şəbəkənin istənilən potensial yüklənməsini yüngülləşdirmək üçün biz, Avropada Facebook və Instagram videolarının keyfiyyətlərini müəyyən müddətlik aşağı salırıq” - deyə Facebook şirkəti qeyd edib. Bu məhdudlaşdırıcı qərarın nə qədər müddət qüvvədə olacağı məlum deyil. Lakin digər platformalar öz videokontentlərinin keyfiyyətlərini 30 gün müddətinə aşağı salıblar. Çox güman ki, bir çox regionlarda karantin mərhələsinin davam etməsi səbəbilə sözügedən məhdudlaşdırıcı qərar qüvvədə olaraq qalacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Skype Meet Now: Qeydiyyata və tətbiqə ehtiyac duymadan videokonfrans yaratmaq üç..

Skype tərtibatçıları Meet Now adlı yeni faydalı servisi anons ediblər.


Google şirkəti koronavirus barəsində dezinformasiya ilə mübarizəyə 6.5 milyon do..

Söhbət, COVID-19 kimi ölümcül xəstəlikdən gedən zaman dəqiq və güvənli məlumat həyat ilə ölüm arasın..


Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən 'virtual ha..

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün ..


Facebook şirkəti Messenger-in macOS və Windows versiyalarını təqdim edib

Dünən Facebook şirkəti macOS və Windows əməliyyat sistemi vasitəsilə çalışan kompüterlər üçün ayrıca..


TikTok ilə rəqabət aparmaq üçün Youtube platforması özünün qısa videolar servisi..

Dünyanın ən çox yüklənən mobil tətbiqi reytinqində TikTok servisi Whatsapp messencerini keçəndən son..


Kontakt Home-dan unikal xidmət – AZƏRBAYCANDA İLK DƏFƏ

Kontakt Home Azərbaycanda ilk dəfə olaraq mağazalardan onlayn video-konsultasiya xidmətini istifadəy..