Facebook və Instagram Avropada öz videolarının kefiyyətlərini aşağı salıb
Sosial Media
23.03.2020
Farid Pardashunas
Facebook və Instagram digər şirkətlərə qoşularaq Avropa regionunda öz platformalarındakı vdeokontentlərin keyfiyyətlərini aşağı salıblar. Bu barədə Reuters saytı xəbər verib. Bütün dünyada yayılan koronavirus səbəbilə insanlar karantin vəziyyətində öz evlərində qalırlar. Beləliklə həmin şəxslər uzaqdan çalışmalı və təhsil almalıdırlar. Bununla yanaşı evdə qalan insanlar aktiv şəkildə filmlərə və seriallara baxırlar. Bu səbəbdən məlumatların ötürülməssi şəbəkələrinə həddindən artıq yüklənmə yaşanır.
Buna görə də internet bağlantılarında kəsintilərin baş verməsi riski ortaya çıxır. Beləliklə Avropa komissiyası streaming servisləri öz videokontentlərinin keyfiyyətlərini aşağı salmağa səsləyib. Bu üsul ilə internet şəbəkələrinə olan yüklənmələrin səviyyəsini aşağı salmaq olacaq. Sözügedən çağırışa artıq Netflix, Youtube və Amazon kimi platformalar qoşulublar və öz videokontentlərinin keyfiyyətlərini aşağı salıbıar. İndi isə Facebook və Instagram platformaları da bu təşəbbüsə qoşulublar.
“Şəbəkənin istənilən potensial yüklənməsini yüngülləşdirmək üçün biz, Avropada Facebook və Instagram videolarının keyfiyyətlərini müəyyən müddətlik aşağı salırıq” - deyə Facebook şirkəti qeyd edib. Bu məhdudlaşdırıcı qərarın nə qədər müddət qüvvədə olacağı məlum deyil. Lakin digər platformalar öz videokontentlərinin keyfiyyətlərini 30 gün müddətinə aşağı salıblar. Çox güman ki, bir çox regionlarda karantin mərhələsinin davam etməsi səbəbilə sözügedən məhdudlaşdırıcı qərar qüvvədə olaraq qalacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək