main-post-cover

    Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal testinə start verilib

    Sosial Media
    14.04.2021
    Emil Nəcəfov
        İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olunurdu. İndi isə test mərhələsi qlobal şəkildə həm Instagram həm də Facebook-da reallaşdırılacaq. Əvvəlki test mərhələsindən əsas fərq ondadır ki, yeni testdə istifadəçilər like sayını görmək istəyib-istəmədiklərini özləri seçə biləcəklər. Aparılmış müşahidələr nəticəsində Facebook aşkar edib ki, like sayının gizlədilməsi həqiqətən də sosial təzyiqi aşağı salır. Lakin bu heç də bütün istifadəçilərə aid edilmir.
        “Bəzi istifadəçilər aşkar ediblər ki, like sayının görünməməsi halında onlar daha az sosial təzyiq yaşayırlar. Lakin digər istifadəçilər yenə də like sayını görmək və nələrin trenddə olduğunu anlamaq istəyirlər” - deyə Facebook təmsilçisi qeyd edib. Aparılmış testin nəticələri əsasında Instagram-da like sayının görünməməsi standart kimi qəbul edilmişdi. Lakin artıq Instagram istifadəçiləri like sayının görünüb-görünməməsinə özləri qərar verə bilərlər. Bu test mərhələsi həmçinin Facebook-da da reallaşdırılacaq. 
    Linki kopyala