Logo
    main-post-cover

    Facebook və Instagram-ın Avropadakı istifadəçiləri məsləhət xarakterli alqoritmləri deaktiv edə biləcəklər

        Facebook Instagram-ın Avropadakı istifadəçiləri bu platformaları məsləhət xarakterli alqoritmlərsiz istifadə edə biləcəklər. Belə ki, Avropadakı istifadəçiləri bu iki platformanın Reels, Stories və axtarış bölmələrində məsləhət xarakterli alqoritmləri deaktiv etmək imkanına sahib olacaqlar. Bu barədə məlumatı Meta-nın beynəlxalq məsələlər üzrə vitse-prezidenti Nick Clegg təqdim edib.
        “Facebook və Instagram-da istifadəçilər yalnız abunə olduqları şəxslərin Stories paylaşımlarını izləyə biləcəklər. Həmin Stories paylaşımları xronoloji sıralama ilə təqdim ediləcək. İstifadəçilər həmçinin yalnız axtardıqları açar sözlər üzrə axtarış nəticələrini görə biləcəklər. Bu məsələdə onların daha öncəki aktivliklərinə əsaslanmış axtarış nəticələri əks olunmayacaq” - deyə Nick Clegg qeyd edib. Meta şirkəti bu yeniliyi Avropa Birliyinin rəqəmsal xidmətləri əhatə edən qanunu səbəbilə reallaşdırıb. Bu qanuna əsasən müxtəlif platformaların istifadəçiləri personal məsləhətlərdən imtina etmək imkanına sahib olmalıdırlar.
    Paylaş
    Bənzər xəbərlər