Logo
    main-post-cover

    'Facebook' videolara səs effekti və mahnı əlavə edən Sound Collection adlı servisi istifadəyə verdi

    Sosial Media
    10.12.2017
    Emil
    “Facebook” Sound Collection adlı pulsuz servisi istifadəyə verib.
    Bu servis vasitəsilə istifadəçilər öz videolarına səs effektləri əlavə edə biləcəklər. Sound Collection servisinin daxilində minlərlə səs effekti və müxtəlif ifaçıların mahnıları vardır. Burda istifadəçi istədiyi janra uyğun mahnını seçə bilər. Hip-hop, pop, jazz, country və s. Musiqilər janr, oxunma müddəti və digər parametrlər üzrə sıralanıb. Bundan əlavə olaraq bu servisdən istifadə edərək müəllif hüquqlarının pozulması nəticəsində videonun sosial şəbəkədən silinməsindən qorxmağa ehtiyac yoxdur. Belə ki, “Facebook”un bildirdiyinə görə servisdəki olan mahnıların müəllif hüquqları məhz ona aiddir. Yaxın zaman ərzində bu servis bütün istifadəçilər üçün aktiv olacaq. Həmin servisdən olan musiqilərə sahib videoları Facebook-un özünə və ya Instagram-a yükləmək mümkün olacaq.
    Paylaş
    Bənzər xəbərlər