Facebook xüsusi bildiriş vasitəsilə iOS istifadəçilərinə təsir göstərməyə çalışır

Facebook xüsusi bildiriş vasitəsilə iOS istifadəçilərinə təsir göstərməyə çalışır

Sosial Media
04.05.2021 PAYLAŞIM

    iOS platformasında FacebookInstagram istifadəçiləri iOS 14.5 yenilənməsindən sonra Facebook-un konfidensial məlumatların yığılması siyasəti barədə maraqlı bildiriş əldə ediblər. İstifadəçilərin konfidensial məlumatlarının yığılması üzrə olan siyasətin qəbulu barəsində bildiriş iOS 14.5 yenilənməsindən sonra Facebook və Instagram tətbiqlərində ortaya çıxır. İstifadəçilər ortaya çıxmış bildirişlərdə “Help (Facebook / Instagram) free to charge” cümləsinin olduğu hissəyə fikir veriblər. Həmin hissəni "bu servislərdən pulsuz istifadə imkanının qorunub saxlanılmasında yardımın vacibliyi" kimi başa düşmək olar.


    Bu üsul ilə Facebook son iOS yenilənməsindən sonra istifadəçiləri konfidensial məlumatların yığılması üzrə yeni siyasəti qəbul etməyə çağırır. Qeyd etmək lazımdır ki, yeni iOS 14.5 əməliyyat sistemində konfidensiallıq ayaraları istifadəyə verilib. Həmin ayarlar vasitəsilə istifadəçilər tətbiqlərə konfidensial məlumatları yığmağı qadağan edə bilərlər. Bu cür məlumat yığımı vasitəsilə gəlir əldə edən Facebook indi “istifadəçiləri qorxutmaq” strategiyasından istifadədə günahlandırılır.

    Qeyd etmək lazımdır ki, hələ 2018-ci ildə Mark Zuckerberg bildirmişdi ki, Facebook-un pulsuz versiyası həmişə mövcud olacaq. Bu cür bəyanatla o, şirkətin digər əsas servislərinin pullu istifadəyə keçid ehtimalına işarə etmişdi. Facebook-dan istifadənin həmişə pulsuz olacağı barəsində bildiriş həmçinin 2019-cu ilə kimi sosial şəbəkənin əsas səhifəsində də qeyd edilmişdi. Hələ bir neçə müddət bundan öncə Facebook Apple şirkətinin yeni konfidensiallıq siyasətini tənqid etmişdi. Həmin vaxtda o bildirmişdi ki, Apple şirkətinin yeni konfidensiallıq siyasəti Facebook-un reklam sistemindən asılı olan kiçik biznesə böyük zərər yetirə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse kontent yaradıcılarına hər ay 5000$ ödəyəcək

Clubhouse sosial şəbəkəsi öz platformasında audioşou yaradacaq ilk 50 layihəni maliyyələşdirəcək...


Twitter daxilində Spaces adlı Clubhouse analoqu istifadəyə verilib

Twitter öz tətbiqinin Android və iOS versiyasının daxilində Spaces adlı servisi istifadəyə verib...


Telegram-a yaxın zamanda qrup videozəngləri funksiyası əlavə ediləcək

Yaxın zamanda Telegram-da nəhayət ki, qrup videozəngləri funksiyası istifadəyə veriləcək.


Telegram-da yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün yenilənmə təqdim ediblər və həmin yenilənmə bir sıra vacib ye..


Whatsapp-ın səsli mesajlar özəlliyinə yeni funksiya əlavə ediləcək

Whatsapp tərtibatçıları səsli mesajlardan daha çox istifadə edənlər üçün messencerdə yeni funksiyanı..


Mark Zuckerberg Facebook-da olacaq yeni audio funksiyalar barəsində məlumat veri..

Facebook şirkətinin CEO-su Mark Zuckerberg, Discord servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə..

×