Facebook yenə bacarmadı: 267 Milyon istifadəçinin nömrəsi sızdırıldı

Facebook yenə bacarmadı: 267 Milyon istifadəçinin nömrəsi sızdırıldı

Sosial Media
20.12.2019 PAYLAŞIM

        Facebook 2019 bitmədən yeni bir skandal xəbər ilə gündəmə gəlir. Sosial media nəhəngi şirkət bu səfər 267 milyon istifadəçinin şəxsi məlumatlarını, nömrələrini, ad və soyadlarını internetə sızdırıb. Təxminən 2 həftə açıq şəkildə yayımlanan məlumatları Comparitech təhlükəsizlik şirkətinin mütəxəssisi Bob Diachenko aşkar edib. Bob-un təxminlərinə görə bunu edən kibercinayət dəstəsidir.

Məlumatlar 14 Dekabrda kəşf olunub və tapılan nəticələrə görə SMS Pishing və Spam üçün istifadə olunub. Həmçinin məlumatlar xakerlərin istifadəsi üçün forumlara göndərilib.


        Sızdırılan məlumatlarda nəinki Facebook. hətta Facebook ilə əlaqələndirilən digər platformaların da dataları yer alır. Mütəxəssislərin dediklərinə görə sızdırılan məlumatlar daha çox ABŞ istifadəçilərinə məxsusdur. Bob Diachenko təxmin edir ki, bu məlumatların sızdırılmasında Facebook APİ-lərinin istifadəsi böyük rol oynayır. Hələki Facebook rəsmiləri tərəfindən verilən bir açıqlama yoxdur. Təhlükəsizlik mütəxəssislərinin məsləhəti odur ki, profillərinizdə 2 faktorlu təsdiqləmə istifadə edəsiniz. Həmçinin təhlükəsizlik ayarlarını Public olaraq hər kəsə açmayın. Facebook girişləri istəyən sayt və tətbiqlərdən isə uzaq durmağınız məsləhətdir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da avtomatik silinən mesajları yaddaşda saxlamaq mümkün olacaq

Whatsapp tərtibatçıları messencerdəki avtomatik silinən mesajlar funksiyasını təkmilləşdirməyə davam..


Instagram özünün Sans adlı eksklüziv şriftini yaradıb

Instagram öz brendinin böyük yenilənməsini anons edib.


Bir neçə aydan sonra Whatsapp-ın bəzi köhnə iPhone modellərində dəstəyi dayandır..

Bir neçə aydan sonra iOS 10 və iOS 11 vasitəsilə çalışan bəzi köhnə iPhone modellərində Whatsapp-ın ..


Youtube-da olacaq yeni funksiya videoların ən vacib və maraqlı hissələrini əks e..

Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur.


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..

×