main-post-cover

    Fotoları HD keyfiyyətdə göndərən funksiya Whatsapp-ın Android və iOS versiyalarında fərqli çalışır

    Sosial Media
    09.06.2023
    Farid Pardashunas
        Whatsapp istifadəçiləri aşkar ediblər ki, messencerin həm Android həm də iOS üçün nəzərə tutulmuş yeni beta versiyalarında fotoların HD keyfiyyətində göndərilməsinə imkan verən yeni funksiya Android və iOS-də bir qədər fərqli şəkildə çalışır. Belə ki, sözügedən funksiya messencerin iOS versiyasında lazımi səviyyədə reallaşdırılmayıb. Qeyd etmək lazımdır ki, bu yeni funksiya Whatsapp daxilində fotoların HD keyfiyyətdə göndərilməsini mümkün edir. Lakin messencer daxilində göndərilən fotoların keyfiyyətləri onların əvvəlki keyfiyyətləri səviyyəsində olmamaları ilə yanaşı heç standart 1.6 MP (1600х1052) keyfiyyəti səviyyəsində də deyillər.
        Məhz bu məsələdə yeni funksiyanın Android və iOS-də fərqli şəkildə çalışdığı ortaya çıxır. Belə ki, messencerin Android versiyasında fotoların HD keyfiyyətdə göndərilməsi dedikdə 11 MP (4096х2692) keyfiyyətin nəzərdə tutulduğu bir vaxtda iOS-də bu göstərici 9.1 MP (4032х2268) təşkil edir. Buna görə də messencerin Android versiyasının istifadəçiləri fotoları daha keyfiyyətli şəkildə göndərə bilirlər. Hal hazıda messencerin beta versiyalarında test edilən bu yeni funksiyanın hansı səbəbə görə Android və iOS-də fərqli çalışdığı barəsində bir fikir yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər