Logo
    main-post-cover

    Fotoların HD keyfiyyətdə göndərilməsi funksiyası Whatsapp-da istifadəyə verilib

        Whatsapp çoxdan gözlənilən funksiyalardan birini əldə edib. Söhbət, messencer daxilində fotoların HD keyfiyyətdə göndərilməsindən gedir. Qeyd etmək lazımdır ki, sözügedən funksiya ilk növbətə beta test mərhələsində idi və yalnız məhdud sayda istifadəçi üçün aktivləşdirilmişdi. İndi isə o, tədricən bütün istifadəçilər üçün istifadəyə verilir. Funksiyadan istifadə etmək üçün messenceri ən son versiyaya kimi yeniləmək lazımdır. Messenceri yeniləyəndən sonra fotoların göndərilməsi pəncərəsinin yuxarı hissəsində HD ikonu ortaya çıxacaq.
        HD ikonuna klikləyəndən sonra istifadəçiyə bir neçə keyfiyyət variantının seçilməsi təqdim edilir. Fotoların yüksək keyfiyyətdə göndəriləcəkləri halda onlar HD işarəsinə sahib olacaqlar. Bu cür fotonu qəbul edəcək şəxs HD işarəsi hesabına həmin anda fotonu yükləməyin münasib olub-olmadığını təyin edə biləcək. Belə ki, HD keyfiyyətdə fotoların həcmləri olduqca böyük olurlar. HD keyfiyyətdə fotonu əldə edən şəxs aşağı sürətli internet bağlantısının olduğu mühitdə yerləşirsə, o, fotonun daha aşağı keyfiyyətdə yüklənməsini seçə bilər. Qeyd etmək lazımdır ki, yaxın gələcəkdə messencer həmçinin videoların da HD keyfiyyətdə göndərilməsini reallaşdıracaq.
    Paylaş
    Bənzər xəbərlər