
Fransa hökuməti Apple şirkətini 1.1 milyard avro dəyərində cərimələdi
Sosial Media
16.03.2020
Fransanın antimonopoliya agentliyi Apple şirkətini rəqabət qanunlarını pozduğuna görə 1.1 milyard avro dəyərində cərimələyib. Bu, Fransa hökumətinin bu cür qanun pozuntuları çərçivəsində indiyənə kimi təyin etdiyi ən böyük cərimədir. Bu barədə Rusbase saytı xəbər verib. Fransada Apple şirkəti ticarətdə antirəqabət üsullarından istifadədə günahlandırılır.
Fransanın antimonopoliya agentliyinin verdiyi məlumata əsasən Apple şirkəti 2 topdan satıcı ilə öz aralarında rəqabət aparmamaları və digər topdan satıcıların rəqabətə girmələrinə mane olmaları üzrə razılığa gəlib. Apple şirkəti ilə bu məsələdə razılaşmada Tech Data və Ingram Micro şirkətləri günahlandırılır. Onlar da Fransa hökuməti tərəfindən təyin edilmiş cəriməni ödəyəcəklər.
Belə ki, Tech Data şirkəti 76.1 milyon avro, Ingram Micro şirkəti isə 62.9 milyon avro cərimə ödəyəcək. Qeyd etmək lazımdır ki, bu, ayın əvvəlindən başlayaraq Apple şirkətinin ikinci ən böyük cəriməsidir. Belə ki, bir neçə müddət bundan öncə Apple şirkəti köhnə iPhone istifadəçilərinə təzminat ödəməyə razılıq vermişdi. Həmin məsələdə şirkət bilərəkdən köhnə iPhone modellərinin zəiflədilməsində günahlandırılırdı. Beləliklə şirkət 310 milyondan dollardan 500 milyon dollara kimi cərimə ödəməli olacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...