Fransa hökuməti Apple şirkətini 1.1 milyard avro dəyərində cərimələdi

Fransa hökuməti Apple şirkətini 1.1 milyard avro dəyərində cərimələdi

Sosyal Medya
16.03.2020 PAYLAŞIM

    Fransanın antimonopoliya agentliyi Apple şirkətini rəqabət qanunlarını pozduğuna görə 1.1 milyard avro dəyərində cərimələyib. Bu, Fransa hökumətinin bu cür qanun pozuntuları çərçivəsində indiyənə kimi təyin etdiyi ən böyük cərimədir. Bu barədə Rusbase saytı xəbər verib. Fransada Apple şirkəti ticarətdə antirəqabət üsullarından istifadədə günahlandırılır.

    Fransanın antimonopoliya agentliyinin verdiyi məlumata əsasən Apple şirkəti 2 topdan satıcı ilə öz aralarında rəqabət aparmamaları və digər topdan satıcıların rəqabətə girmələrinə mane olmaları üzrə razılığa gəlib. Apple şirkəti ilə bu məsələdə razılaşmada Tech DataIngram Micro şirkətləri günahlandırılır. Onlar da Fransa hökuməti tərəfindən təyin edilmiş cəriməni ödəyəcəklər.

    Belə ki, Tech Data şirkəti 76.1 milyon avro, Ingram Micro şirkəti isə 62.9 milyon avro cərimə ödəyəcək. Qeyd etmək lazımdır ki, bu, ayın əvvəlindən başlayaraq Apple şirkətinin ikinci ən böyük cəriməsidir. Belə ki, bir neçə müddət bundan öncə Apple şirkəti köhnə iPhone istifadəçilərinə təzminat ödəməyə razılıq vermişdi. Həmin məsələdə şirkət bilərəkdən köhnə iPhone modellərinin zəiflədilməsində günahlandırılırdı. Beləliklə şirkət 310 milyondan dollardan 500 milyon dollara kimi cərimə ödəməli olacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Skype Meet Now: Qeydiyyata və tətbiqə ehtiyac duymadan videokonfrans yaratmaq üç..

Skype tərtibatçıları Meet Now adlı yeni faydalı servisi anons ediblər.


Google şirkəti koronavirus barəsində dezinformasiya ilə mübarizəyə 6.5 milyon do..

Söhbət, COVID-19 kimi ölümcül xəstəlikdən gedən zaman dəqiq və güvənli məlumat həyat ilə ölüm arasın..


Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən 'virtual ha..

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün ..


Facebook şirkəti Messenger-in macOS və Windows versiyalarını təqdim edib

Dünən Facebook şirkəti macOS və Windows əməliyyat sistemi vasitəsilə çalışan kompüterlər üçün ayrıca..


TikTok ilə rəqabət aparmaq üçün Youtube platforması özünün qısa videolar servisi..

Dünyanın ən çox yüklənən mobil tətbiqi reytinqində TikTok servisi Whatsapp messencerini keçəndən son..


Kontakt Home-dan unikal xidmət – AZƏRBAYCANDA İLK DƏFƏ

Kontakt Home Azərbaycanda ilk dəfə olaraq mağazalardan onlayn video-konsultasiya xidmətini istifadəy..