Logo
    main-post-cover

    Fransa hökuməti dövlət qulluqçularına TikTok-dan istifadəni qadağan edib

        Fransa hökuməti dövlət qulluqçularına TikTok istifadəsini qadağan edib. Qeyd etmək lazımdır ki, buna bənzər qadağa həmçinin ABŞ, Böyük Britaniya, Belçika, Yeni Zelandiya və Kanada tərəfindən də təyin edilib. Lakin adları sadalanmış ölkələrdən fərqli olaraq Fransa öz dövlət qulluqçularına həmçinin bir neçə digər servislərdən və mobil oyundan istifadəni də qadağan edib. Söhbət, Twitter, Netflix Candy Crush-dan gedir.
        Qeyd etmək lazımdır ki, təyin edilmiş qadağa yalnız xidməti cihazları əhatə edir və özəl cihazlara şamil olunmur. Fransa hökumətinin təmsilçisinin sözlərinə əsasən sözügedən tətbiqlər özlərində kibertəhlükəsizlik risklərini birləşdirirlər. Həmin risklər səbəbilə isə dövlət qulluqçularının və dövlət qurumlarının konfidensial məlumatları sızdırıla bilər. Digər ölkələrin hökumətləri kimi Fransa hökuməti də narahatdır ki, TikTok-un sahibi olan ByteDance şirkəti dövlət qulluqçularının məlumatlarını Çin hökumətinə ötürə bilər.
    Paylaş
    Bənzər xəbərlər