
Gamerlər Fransa prezidentini sui-qəstdən xilas etdilər
Sosial Media
04.07.2017
Emil
Bir neçə gün bundan öncə Paris polisi, Fransanın prezidenti Emmanuel Macron-u qətlə yetirmək istəyən 23 yaşlı gənci yaxalayıb.
Maraqlısı isə ondadır ki, bu planı, adı çəkilməyən kompüter
oyunları forumunun istifadəçiləri ifşa ediblər. Belə ki, sui-qəsti
planlaşdırmış şəxs həmin forumda digər istifadəçilərdən Kalaşnikova bənzər
silahın hardan tapılması mövzusunda sual verib. Forum istifadəçiləri dərhal bu
barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər. Məlumata əsasən terrorist,
Fransa prezidentini, Bastiliya qələbəsi günündə (14 İyul) qətlə yetirməyi
planlaşdırırmış. Terroristin həbsi zamanı o, hüquq-mühafizə orqanları nümayəndələrini
soyuq silahla hədələyib. Həbs olunmuş fransız şəxsin internet brauzerinin incələnməsi
zamanı məlum olub ki, o, Emmanuel Macron-un olduğu yeri tapmağa çalışıb.
Terrorist etiraf edib ki, Fransa prezidentini qətlə yetirəcəyi halda özünün
siyasi bəyanatını verəcəkdi. Bundan əlavə olaraq o etiraf edib ki, onun
planlarına həmçinin müsəlmanları, yəhudiləri, qara dərililəri və seksual azlıq
nümayəndələrini qətlə yetirmək də daxil olub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
