Logo
    main-post-cover

    Gələn ayın ortasından Twitter Blue abunəliyinin üstünlükləri daha da artacaq

        Elon Musk yaxın zamanda Twitter-in siyasətində olacaq dəyişikliklər barəsində məlumat verib. Reallaşdırılacaq dəyişikliklər sosial şəbəkənin Twitter Blue adlı ödənişli abunəliyinə daha çox istifadəçinin cəlb edilməsinə hədəflənib. Beləliklə verilmiş məlumata əsasən gələn ayın ortasından başlayaraq yalnız Twitter Blue abunəçiləri sosial şəbəkə daxilindəki sorğularda iştirak edə biləcəklər. Bununla yanaşı sosial şəbəkə daxilində olan “For You” bölməsində yalnız Twitter Blue abunəçilərinin tweet-ləri sərgilənəcək. Musk-ın sözlərinə əsasən bu, sosial şəbəkə daxilində süni zəka əsaslı botlarla mübarizə aparmağın yeganə üsuludur. Bu yeniliklər 15 aprel tarixində qüvvəyə minəcək.
    Paylaş
    Bənzər xəbərlər