Goldman Sachs bankı qazıntı yanacaq növlərinə investisiya yatırmaqdan imtina edir

Goldman Sachs bankı qazıntı yanacaq növlərinə investisiya yatırmaqdan imtina edir

Sosial Media
19.12.2019 PAYLAŞIM

    İqlim böhranı məsələsinin kəskinləşdiyi bir vaxtda daha çox şirkət ətraf mühitə olan yüksək təzyiqi aşağı salmaq qərarlarını verirlər. Həmin şirkətlərin siyahısına isə dünyanın ən böyük investisiya banklarından biri olan Goldman Sachs qatılıb. ABŞ-ın ən böyük investisiya bankının fikrincə iqlim dəyişikliyi ilə mübarizənin uğurlu olmasından dünyanın iqtisadi və sosial rifahı asılıdır. Bu isə bankın uzunmüddətli maliyyə uğuru deməkdir. Bu barədə Electrek saytı xəbər verib.

    Beləliklə Goldman Sachs 2015-ci ildən bəri ilk dəfə öz ekoloji siyasətinə dəyişiklik edib. Ən böyük dəyişikliklər energetik sektoru əhatə edir. Belə ki, bu bank Arktikada neftin axtarılıb çıxarılmasına və o cümlədən kömür elektrostansiyalarının inşa edilməsinə bundan sonra investisiya yatırmayacaq. İstisna olaraq sadəcə karbon qazının udulması üzrə layihələr olacaqlar. Yəni karbon qazının ifrazı məsələsində neytral olan layihələr.


    Bununla yanaşı Goldman Sachs zərərli elementlərin atmosferə buraxılmasının aşağı salınması üçün mədənçiliklə məşğul olan şirkətləri stimullaşdıracaq. Bu sahə üzrə əldə ediləcək uğurlar isə öz növbəsində investisiyaların əldə olunması şansını yüksəldəcək. Ümumilikdə investisiya bankı növbəti 10 il ərzində bu cür layihələrin artması üçün 750 milyard dollar vəsait xərcləməyi panlaşdırır.

    Goldman Sachs-ın rəhbəri Financial Times-a müsahibə verən zaman qeyd edib ki, bankın uzunmüddətli maliyyə uğuru dünyanın iqtisadi və sosial stabilliyindən asılıdır. Dünyanın iqtisadi və sosial stabilliyini qorumaq üçün isə tez bir zamanda iqlim dəyişikliyi ilə mübarizəyə başlamaq lazımdır. Bundan əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Goldman Sachs ABŞ-ın ilk investisiya bankıdır ki, neft-qaz sahəsindəki bir çox sektorların maliyyələşdirilməsini dayandırıb. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..

×