Logo
    main-post-cover

    Google-da 'View Image' düyməsi deaktiv edildi

    Sosial Media
    17.02.2018
    Emil
    “Google” şirkəti fotoların oğurlanmasını qəlizləşdirmək üçün axtarış nəticələrindən “View Image” düyməsini çıxardıb.
    Beləliklə şirkət axtarış özəlliklərinə bəzi dəyişiklikləri əlavə edib. Bu dəyişikliklər nəticəsində şirkət fotonu ayrıca pəncərədə açmağa imkan verıən “View Image” düyməsini çıxardıb. Sözügedən düymə çox faydalı idi. Belə ki, lazımi olan fotonu detallı şəkildə izləməyə imkan verirdi. Uzun müddət ərzində “Google” şirkətinə fotoqraf və nəşriyyatlar müraciət edrdilər.

    Onlar qeyd edirdilər ki, fotoların axtarışı adi insanlara onların fotolarını oğurlamağa imkan verir. Qəbul olunmuş bu yeni qərar ya fotoların istifadəsi baxımından insanları dayandırmalıdır yada onları həmin fotoların yerləşdikləri saytlara yönləndirməlidir. “View Image” düyməsindən əlavə olaraq şirkət həmçinin Search by Imagedüyməsini də deaktiv edib. Lakin ikinci halda vəziyyət o qədər də qorxulu deyil. 
    Paylaş
    Bənzər xəbərlər