Logo
    main-post-cover

    Google Gemini YouTube-da yeni videoların tərtibatında yardımçı olacaq

    Sosial Media
    09.08.2024
    Emil
         Google şirkəti YouTube-dakı Creator Studio-ya Gemini süni zəka modelini inteqrasiya edib. Nəticədə Gemini kontent yaradıcısına bu və ya digər videonu necə yaxşı çəkmək və videonun tərtibatını necə yaxşı reallaşdırmaq barəsində məsləhətlər verəcək. Şirkət YouTube daxilindəki virtual köməkçinin daha hansı mövzularda istifadəçiyə yardımçı olacağını açıqlayıb və bu yeni özəlliyin necə görünəcəyini sərgiləyib. Virtual köməkçi faktiki olaraq istifadəçi ilə birlikdə planlaşdırılan videonu ən yaxşı vəziyyətə salmaq mövzusunda müzakirələr aparacaq.
         Gemini video üçün nəzərdə tutulmuş ən yaxşı üz qapaq fotosu üçün ideyaların və gələcək video ilə bağlı planların hər bir bənd üzrə təqdim edilməsi, video üçün uyğun başlığın tərtib edilməsində yardım və izləyicilərin artıq baxaraq qiymətləndirdikləri oxşar videoların sərgilənməsi imkanlarına sahibdir. Bu yeni funksiya bir növ daha öncəki Ideas and Outline funksiyasına bənzəyir. Lakin yeni funksiya Gemini-nin daha təkmilləşdirilmiş alqoritmlərindən istifadə edir. Hal-hazırda Gemini videoservisin Creative Studio bölməsinə test səviyyəsində inteqrasiya edilib və o, məhdud sayda istifadəçi üçün aktivdir.
    Paylaş