Logo
    main-post-cover

    Google Gmail servisi yeniləndi: Yeniliklər nələrdir?

    Sosial Media
    25.04.2018
    Emil
    Google şirkəti Gmail servisinin veb versiyasının yenilənməsinə başlayıb. Servisin yeni dizaynından əlavə olaraq şirkət həmçinin istifadəçilərə yeni faydalı funksiyalar təqdim edib və onların təhlükəsizlikləri barəsində əlavə tədbirlər görüb. Servisin yeni interfeysi daha parlaqdır. Ənənəvi elementlər olduqları kimi qalıblar. Lakin bununla belə yeni əlavə olunmuş düymələr nəzərə çarpır. Beləliklə sağ tərəfdə küncdə Google şirkətinin digər bulud servislərinə (Calendar, Tasks Keep) keçid üçün nəzərdə tutulmuş sürətli linklər yerləşdirilib.

    Məktub başlığının yanında olan işarə qəbul olunmuş məktubun daxilində hansı faylın (foto, video və ya sənəd) olduğunu bilməyə imkan verir. Beləliklə bundan sonra bunu öyrənmək üçün qəbul olunmuş məktubu sonuna kimi scroll etmək lazım olmayacaq. Əgər sizin qəbul olunmuş məktublara nəzər yetirmək üçün vaxtınız yoxdursa bunun üçün “Snooze” düyməsi var. Bu bir növ təxirə salma düyməsidir. Bu düymə vasitəsilə istifadəçi qəbul olunmuş məktubu müəyyən vaxta kimi siyahıdan gizlədə bilər. Həmin müəyyən vaxt keçəndən sonra isə servis avtomatik olaraq həmin oxunmamış məktubu istifadəçinin yadına salacaq.

    Əgər göndərilmiş və ya qəbul olunmuş məktub uzun müddət ərzində cavabsız qalarsa Gmail bu barədə sizin yadınıza salaraq məktuba cavab verməyi və ya onu arxivə göndərməyi təklif edəcək. Bu cür bildirişlər narıncı rəngdədirlər və “Inbox” bölməsində məktubların başlıqlarının yanında əks olunurlar. Sonunda sevisin veb versiyasına mobil versiyanın əsas funksiyası gəlib. Söhbət Ağıllı cavablar”dan gedir. Servisin sistemi xüsusi alqoritmlər sayəsində avtomatik olaraq sürətli Smart Reply cavablar hazırlayacaq.

    Əvvəlcədən də xəbər verdiyimiz kimi yenilənmiş Gmail-ə öz-özünə silinən məktublar funksiyası gəlib. Konfidensial rejimdə istifadəçi kopyalanması, hansısa digər şəxsə göndərilməsi, dərc olunması və yaddaşda saxlanması mümkün olmayan məktublar göndərə bilər. Bu cür məktub istifadəçi tərəfindən təyin olunmuş vaxtdan sonra avtomatik olaraq silinir.

    Bundan əlavə olaraq potensial təhlükəli məktublara fikir verməmək mümkün olmayacaq. Belə ki, onlar qırmızı rənglə işarələnəcəklər. Gmail tədricən müxtəlif ölkələr üzrə yenilənəcək. Buna görə də istifadə etdiyiniz Gmail-in köhnə dizaynda qalması baxımından heyfslənməyin. Yenilənməni ayarlar vasitəsilə yoxlamaq olar. Sadəcə olaraq “Try the new Gmail” düyməsinə klik etmək kifayətdir. Əgər yeni dizayn sizin xoşunuza gəlməsə “Go back to classic Gmail” düyməsinə klik edərək servisin köhnə dizaynına qayıda bilərsiniz.

    Paylaş
    Bənzər xəbərlər