main-post-cover

    Google pandemiya zamanı istifadəçilərin davranışlarını müşahidə edərək 3 yeni tendensiyanı aşkar edib

    Sosial Media
    14.07.2020
    Emil Nəcəfov
        Google şirkəti pandemiya dövrü başlayandan istifadəçilərin internetdəki davranışlarını araşdırıb. Həmin davranışlar əsasında şirkət ortaya çıxmış 3 yeni tendensiyanı aşkar edib və onları qruplaşdırıb. Bu barədə Vc.ru saytı xəbər verib.
        1) #WithMe hashtag-ı altında cəmlənən faydalı kontentə sahib videoların məşhurlaşması: Bu cür videoların müəllifləri istifadəçiləri yeni bir şeyləri öyrənməyə və ya boş zamanı hansısa üsul ilə dəyərləndirməyə çağırırlar. Sözügedən hashtag ilə yayılan Youtube videolarının baxış sayları 15 martdan 15 aprelə kimi 600% yüksəlib. 13 may tarixinə kimi olan göstəriciyə əsasən ümumilikdə bu cür videolar 24 milyon dəfə izlənilib.
        2) İstifadəçilərin evdə zamanın necə keçirilməsi barədə daha çox maraqlanmaları: “Evdə etmək” üzrə aparılmış axtarış sorğularının məşhurluğu 26 fevraldan 25 aprelə kim 600% artıb.
        3) Karantin zamanı istifadəçilərin daha əvvəllər pul ödəyib elətdirdikləri şeyləri özlərinin etmələri: Buna misal olaraq fərdi şəkildə saç kəsimini və ya tərəvəz əkimini gətirmək olar. Məsələn adında “yeni başlayanlar üçün” və “addım-addım” yazılmış təlimat videolarının baxış vaxtları keçən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında 65% artmışdı.
    Linki kopyala