main-post-cover

    Google Play-də keyfiyyətli tətbiqləri tapmaq prosesi daha da sadələşdiriləcək

    Sosial Media
    13.05.2020
    Emil Nəcəfov
        Google Play-də minlərlə maraqlı tətbiq tapmq olar. Lakin axtarış prosesinin özü çox zaman qəliz hala gəlir. Hansısa tətbiqin adını bilmədən onu axtarmaq üçün müxtəlif kateqoriyalar üzrə yüzlərlə səhifəyə baş çəkmək lazım gəlir. Yaxın zamanda bu vəziyyət yaxşıya doğru dəyişəcək. Belə ki, internetdə Google Play-in yeni interfeysi barəsində məlumat ortaya çıxıb.
        Yeni interfeys Android istifadəçisinə daha rahat istifadəçi təcrübəsini təqdim etməlidir. Bu barədə Androidpolice saytı xəbər verib. Filtrlər özəlliyi ilk dəfə Google Play-ə 2017-ci ildə inteqrasiya edilmişdi və məhdud sayda idi. Yalnız oyunlar və tətbiqlər üzrə sıralanma siyahısı isə çox uzun idi. Google Play-in yeni interfeysi barəsində ortaya çıxmış screenshotlar onu göstərir ki, Google şirkəti öz tətbiq mağazasında yeni axtarış sisteminin testinə artıq start verib.
        Filtrasiyasının yeni alətləri sırasında reytinq üzrə seçimin reallaşdırılacağı gözlənilir. Yəni, 4 və ya 4.5 ulduz əldə etmiş tətbiqlər nəzərə alınacaq. Bundan əlavə olaraq istifadəçilər yeni tətbiqlərin seçim özəllikləri arasında Google Play redaktorları tərəfindən tövsiyyə edilən tətbiqləri də qeyd edə biləcəklər. Hələ ki, Google Play-in yeni axtarış interfeysi yalnız bəzi cihazlarda aktivdir. Tətbiqlər mağazasının bu yenilənməsinin qlobal olaraq nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala