Logo
    main-post-cover

    Google pulsuz “dark web” izləmə xidmətini bağlayır

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google gələn ildən etibarən şəxsi məlumatların “dark web”də yayılıb-yayılmadığını göstərən pulsuz monitorinq alətini dayandıracağını açıqlayıb. Şirkət 2026-cı ilin fevralından etibarən istifadəçilərə artıq “dark web” hesabatları göndərməyəcək.
        Qeyd edək ki, bu alət əvvəllər yalnız Google One abunəçiləri üçün əlçatan idi, lakin 2024-cü ilin ortalarında bütün istifadəçilərə açılmışdı. Alət aktivləşdirildiyi zaman ad, e-poçt ünvanı və telefon nömrəsi kimi şəxsi məlumatlar hər hansı məlumat sızması nəticəsində internetin qaranlıq hissəsində ortaya çıxarsa, istifadəçiyə bildiriş göndərirdi.
         Google-un istifadəçilərə göndərdiyi rəsmi e-poçta görə, alətin ləğv edilməsinin əsas səbəbi onun kifayət qədər faydalı addımlar təqdim etməməsidir. Hesabatlar yalnız məlumatların “dark web”də göründüyünü göstərirdi, lakin istifadəçilərə bundan sonra nə etməli olduqları barədə konkret tövsiyələr vermirdi.
         Şirkət bildirib ki, bundan sonra daha praktik və aydın addımlar təklif edən təhlükəsizlik alətlərinə fokuslanacaq. Google 15 yanvar 2026-cı il tarixindən etibarən yeni “dark web” nəticələrinin monitorinqini dayandıracaq, 16 fevral 2026-cı ildə isə bu hesabatlara hesablar üzərindən giriş tamamilə ləğv olunacaq. İstifadəçilər istəsələr, alətin rəsmi səhifəsindəki “results with your info” bölməsindən monitorinq profilini indidən silə bilərlər.
    Paylaş