Logo
    main-post-cover

    Google, ReVanced kimi reklamsız YouTube videolarını izləməyə imkan verən tətbiqləri blok etməyə başlayıb!

    Sosial Media
    16.04.2024
    Farid
         Dünyanın ən məşhur onlayn video platforması olan YouTube bir müddətdir ki, reklam bloklayıcılara qarşı mübarizə aparır. Platforma artıq bir neçə müddətdir ki, bir çox ölkədə reklam bloklayıcı plaginləri əngəlləyir.
         Google, YouTube-un rəsmi dəstək səhifəsində açıqlama verərək ReVanced kimi tətbiqlərin artıq bloklanacağını açıqlayıb. Görünən odur ki, YouTube-u reklamsız izləmək istəyən istifadəçilərin YouTube Premium abunəçisi olmaqdan başqa seçimi qalmayacaq.
         YouTube-dakı videoları reklamsız izləməyə imkan verən ReVanced kimi proqramları birbaşa bloklaya bilməyən Google, görünür, bu cür tətbiqləri sıradan çıxaracaq həll yolunu tapıb. Açıqlamaya görə, ReVanced kimi xidmətlərlə bir neçə video izləməyə başladıqdan sonra keşləmə problemləri yaşanmağa başlayacaq. Əlavə olaraq, "Bu məzmun bu proqramda mövcud deyil" kimi xəta mesajları da göstəriləcək.
         YouTube tərəfindən verilən açıqlamaya görə, artıq üçüncü tərəf proqramları bloklamaq üçün ilk addımlar atılıb. Beləliklə, bu gündən etibarən ReVanced kimi proqramlardan istifadə edərkən problemlər yaşamağa başlaya bilərsiniz.
    Paylaş