Google şirkəti Google+ sosial şəbəkəsini daha tez bağlamaq qərarını verdi

Google şirkəti Google+ sosial şəbəkəsini daha tez bağlamaq qərarını verdi

Sosial Media
11.12.2018 PAYLAŞIM

    Google şirkəti Google+ sosial şəbəkəsinin bağlanması haqqında ilk dəfə bu ilin oktyabr ayında xəbər vermişdi. Bunun səbəbi isə sosial şəbəkənin gözlənilən məşhurluğu qazanmaması və istifadəçilərin özəl məlumatlarının təhlükəsizlik sistemində yaranmış problemlər idi. Həmin problemləri şirkət bu ilin mart ayında aradan qaldırmışdı. Belə ki, Google+ API-dakı sistem boşluğu ucbatından kənar servislərin tərtibatçıları istifadəçilərin özəl məlumatlarını əldə etmiş ola bilərdilər. Həmin məlumatlar sırasında istifadəçilərin fotoları, elektron poçt ünvanları və s. kimi məlumatlar var idi. Nəticədə Google şirkəti sözügedən sosial şəbəkəni gələn ilin avqust ayında bağlayacağını bildirmişdi.

    İndi isə şirkət servisin daha bir sistem boşluğu barəsində xəbər verib. Əvvəlki sistem boşluğu kimi yenisi də Google+ API-ı əhatə edir. Bundan əlavə olaraq istifadəçilərin sızmış məlumatları şirkətin düşündüyündən də böyük olubmuş. Belə ki, sistem boşluğu nəticəsində sosial şəbəkənin 400 milyon istifadəçisindən 52.5 milyon istifadəçisinin məlumatları sızdırılıb. Şirkət bildirib ki, kənar servislərin tərtibatçılarının həmin məlumatlardan istifadə etmələri barəsində hansısa şübhəli bir ehtimal aşkar etməyib. Yeni aşkar edilmiş sistem boşluğu isə 7-13 noyabr tarixləri arasında aradan qaldırılıb. Nəticədə şirkət sosial şəbəkənin bağlanması prosesini sürətləndirmək qərarını verib. Beləliklə Google+ gələn ilin aprel ayında bağlanacaq.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası istifadəyə veriləcək..

İnsayderlər məlumat veriblər ki, yaxın zamanda Whatsapp-da fərdi stikerlərin yaradılması funksiyası ..


Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video ..

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb.


Youtube videolardakı dislike sayının görünməsini deaktiv edib

Youtube rəsmi şəkildə elan edib ki, bundan sonra videolardakı dislike sayı adi istifadəçilər üçün gö..


Instagram-da ödənişli abunəlik istifadəyə veriləcək

Yaxın zamanda Instagram istifadəçiləri əlavə gəlir mənbəyinə sahib olacaqlar.


Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-ın yaradıcısı Pavel Durov öz bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində mə..


Whatsapp tərtibatçıları messencer üçün Communities adlı yeni funksiya üzərində ç..

Oktyabr ayında XDA-Developers saytının iştirakçıları bildirmişdilər ki, Whatsapp tərtibatçıları mess..

×