Logo
    Google şirkəti koronavirus barəsində dezinformasiya ilə mübarizəyə 6.5 milyon dollar vəsait ayırıb

    Google şirkəti koronavirus barəsində dezinformasiya ilə mübarizəyə 6.5 milyon dollar vəsait ayırıb

    Sosial Media
    04.04.2020
      Söhbət, COVID-19 kimi ölümcül xəstəlikdən gedən zaman dəqiq və güvənli məlumat həyat ilə ölüm arasındakı sərhəd rolunu oynaya bilər. Buna görə də Google şirkəti bütün dünyada dezinformasiya ilə mübarizə aparan müxtəlif təşkilatlara ümumilikdə 6.5 milyon dollar vəsait ayırıb. Əsas diqqət isə koronavirus ilə bağlı dezinformasiyaya ayrılacaq. Bu barədə Engadget saytı xəbər verib. Bu cür tədbir əsasən indi daha vacibdir. Belə ki, indiki vəziyyətdə insanların çox hissəsi evlərində oturaraq vaxtlarının əksər hissəsini internetdə keçirdirlər.
      Bundan istifadə edən bəzi kütləvi informasiya vasitələri və ayrı-ayrı şəxslər nəticələri fikirləşmədən panika yaradır və insanlar arasında yanlış məlumatları yayırlar. Dezinformasiyaya uğramış kütlə isə öz növbəsində daha ağır nəticələrə səbəb ola bilər. Google şirkətinin əsas məqsədi bu cür nəticələrin qarşısını almaqdır. Əlavə maliyyələşdirməni Full Fact və Maldita.es kimi təşkilatlar əldə edəcəklər.
      Onlar Avropa ölkələrinə öz diqqətlərini ayıracaqlar. Belə ki, koronavirusdan ən böyük zərər çəkmişlər məhz Avropa ölkələridir. Bundan əlavə olaraq Google şirkəti jurnalistlərə də dəstək olacaq. Belə ki, şirkət sözügedən mövzu ilə bağlı məlumatlar bazası yaradacaq, treninqlər keçirdəcək və güman olunan böhranları modelləşdirəcək. Həmçinin Google News xəbərlər aqreqatoru da diqqətsiz ötüşməyəcək. Həmin xəbərlər aqreqatorunun COVID-19 bölməsinə faktların yoxlanılması sistemi əlavə olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...