main-post-cover

    Google şirkəti Maps servisinin daxilində sosial şəbəkə yaradıb

    Sosial Media
    01.08.2020
    Emil Nəcəfov
        Google şirkəti sosial şəbəkə mövzusunda bir neçə layihəyə sahib olub. Onlardan ən uğurlusu Google+ hesab edilsə də bu sosial şəbəkə 2019-cu ilin əvvəlində bağlanmışdı. Lakin buna baxmayaraq şirkət özünün sosial şəbəkə yaratma cəhdlərindən vaz keçmir. Belə ki, şirkət özünün Maps servisinin daxilində sosial şəbəkəni işə salıb. Bu barədə 4pda saytı xəbər verib. Bir çoxları Google Maps-dən naviqasiya və lazımi yerlər barəsində məlumatların əldə olunması üçün istifadə edirlər.
        Uzunmüddətli test rejimindən sonra Google şirkəti bütün dünya üzrə Google Maps tətbiqində yeni sosial funksiyanı reallaşdırıb. Bu funksiya Twitter Instagram-da olduğu kimi digər istifadəçilərə abunə olmaq imkanını verir. Google Maps-də heç olmasa bir dəfə rəy bildirmiş və ya foto yükləmiş istənilən istifadəçini izləmk olar. Bunun üçün sadəcə olaraq istifadəçinin hesabına daxil olaraq lazımi düyməni klikləmək lazımdır.
        Hansısa istifadəçinin hesabına abunə olmaqla xüsusi qovluqda onun rəylərini, fotolarını və digər məlumatlarını görmək olar. Google şirkətinin planına əsasən bu üsulla istifadəçi yaxınlıqda və ya dünyanın digər bir hissəsində özünə maraqlı ola biləcək yerləri kəşf edə bilər. İstəyə uyğun olaraq istifadəçi hesabını bağlı saxlamaq da olar. Bu halda digərlərinin abunə olmaq istəkləri yalnız istifadəçinin razılığından sonra baş verəcək. Google Maps daxilində reallaşdırılmış bu sosial funksiya tədricən hamı üçün aktivləşdiriləcək.
    Linki kopyala