Google şirkəti YouTube Music servisini istifadəyə verməyə hazırlaşır

Google şirkəti YouTube Music servisini istifadəyə verməyə hazırlaşır

Sosial Media
17.05.2018 PAYLAŞIM

    YouTube özünün musiqi servisini istifadəyə verməyi qərarlaşdırıb. O, Apple MusicSpotify servislərinə bənzəyəcək. YouTube Music servisi 22 May tarixindən istifadəyə veriləcək. Həmin servisin istifadəçiləri ondan pulsuz istifadə edə biləcəklər. Lakin bu halda onlar reklamlar ilə barışmalı olacaqlar. Reklamları aradan qaldırmaq, fon rejimində musiqilərə qulaq asmaq və istənilən musiqini yükləmək imkanını əldə etmək üçün YouTube Music servisi Premium abunəlik təklif edəcək.


Bənzər xəbər


    Premium abunəliyin aylıq haqqı isə 9.99$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, Google şirkəti artıq bu bazarda lider olmaq cəhdlərini edib. Buna misal olaraq Google Play MusicYouTube Red servislərini gətirmək olar. Şirkət ümid edir ki, YouTube Music sadalanmış digər servislərdən daha uğurlu olacaq. YouTube Music 22 May tarixindən etibarən ABŞ, Avstraliya, Yeni Zelandiya, Meksika və Cənubi Koreyada istifadəyə veriləcək. Daha sonra isə servis əlavə 14 ölkədə də aktiv ediləcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..

×