Google şirkəti Youtube videoservisini online mağazaya çevirəcək

Google şirkəti Youtube videoservisini online mağazaya çevirəcək

Sosial Media
10.10.2020 PAYLAŞIM

    Youtube-da olan reklamlar artıq heç kimdə təəccüb yaratmır. Lakin görünür, yaxın zamanda videoservisdəki reklamlar yeni mərhələyə keçid edəcəklər. Belə ki, internetdə ortaya çıxmış yeni məlumata əsasən Youtube-da xüsusi formatlı videoların testinə start verilib. Məlumatda qeyd edilib ki, həmin videolarda təqdim olunacaq məhsulları istifadəçilər kənar internet mağazaların iştirakı olmadan birbaşa videoservis vasitəsilə ala biləcəklər. Bu barədə Bloomberg saytı xəbər verib.

    Bloomberg-in verdiyi məlumata əsasən videoservis kontent müəlliflərinə videolardakı məhsulların qeyd olunması üçün xüsusi proqram təminatlarından istifadəni məsləhət görüb. Həmin məlumatlar Google Analytics alətləri ilə birləşik olacaqlar və istifadəçilər video izləyən zaman təqdim edilmiş məhsulu almaq üçün hansısa düyməyə və ya bannerə klikləməli olacaqlar. Bununla yanaşı şirkət videoservisə Shopify inteqrasiyasını reallaşdırmağa başlayıb. Youtube təmsilçilər qeyd ediblər ki, bu funksiya hal hazırda yalnız az sayda Youtube kanalında istifadəyə verilib. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-ın Android versiyasına yeni təhlükəsizlik funksiyası əlavə ediləcək..

Bir neçə müddət bundan öncə Facebook şirkəti Whatsapp messencerinə barmaq izi skanı ilə daxil olmaq ..


Whatsapp Web-ə çoxdan gözlənilən funksiyalar gəlir

WABetaInfo saytı Whatsapp messencerinin əldə edəcəyi yeni funksiya barəsində məlumat verib.


Youtube-da təhqiredici şərhlərə nəzarət funksiyası istifadəyə veriləcək..

Youtube-da yerləşdirilən videolara yazıla şərhlər heç də hər zaman adekvat olmurlar və bəzi hallarda..


Bildirişlərin həmişəlik deaktiv edilməsi: Whatsapp-a yeni faydalı funksiyalar əl..

Məşhur Whatsapp messenceri yaxın zamanda yeni özəlliklər əldə edəcək. Messencerin Android üçün nəzər..


Instagram ilə Messenger arasında mesajlaşma imkanı: Instagram-a yeni funksiyalar..

Facebook şirkəti Messenger və Instagram istifadəçiləri arasında mesaj göndərmək imkanını aktivləşdir..

×