main-post-cover

    Google şirkətinin icraçı direktoru Sundar Pichai ABŞ Konqressi qarşısında ifadə verib

    Sosial Media
    11.12.2018
    Farid Pardashunas
        Dünən Google şirkətinin icraçı direktoru Sundar Pichai ABŞ Konqressinin təmsilçiləri palatasının hüquq komitəsində çıxış edib. Qeyd etmək lazımdır ki, hər iki tərəf arasında müzakirə olunmuş əsas mövzu kimi Google şirkətinin iş prosesinə hansısa siyasi qrupların təsir edib-etmədiyi və şirkətin Çində Dragonfly adlı axtarış sisteminin istifadəyə vermək planı olub. Beləliklə öz çıxışı zamanı Sundar Pichai ABŞ Konqressi təmsilçilərinə bildirib ki, Google şirkəti heç bir siyasi qrupların təsiri olmadan çalışır. “Bizim siyasi spektr tərəfdən həm sol həmdə sağ məsələdə geniş müxtəliflik mənbələrimiz var. Və biz perspektivlərin müxtəlifliklərini təmin etmək üçün öz diqqətimizi yönləndirmişik” – deyə Sundar Pichai bildirib.
        Pichai həmçinin respublikaçı qanunvericilərin, Google şirkətinin konservativ nöqteyi nəzərləri sıxan axtarış alqoritmlərindən istifadə etdiyi iddialarını dı cavablandırıb. Komitə təmsilçilərindən biri P.J. Media şirkətinin tədqiqatına istinad verərək bildirib ki, Donald Trump üzrə olan sorğuların axtarış nəticələrinin 96%-i liberal kütləvi informasiya vasitələrinin materiallarını əhatə edir. “Bununla yanaşı axtarış nəticələrinin birinci səhifəsində sağçıların ideologiyasına üstünlük verən hər hansısa bir sayta rast gəlinmir. Bu heç də təsadüfi şəkildə baş vermir. Bu, alqoritmlər vasitəsilə öncədən təyin edilir. Görünür, həmin alqoritmləri yazan şəxslər özlərinə lazım olan nəticələri əldə edirlər və şirkət rəhbərliyi bunun edilməsində onlara icazə verir” – deyə komitet təmsilçilərindən biri qeyd edib.
        Bundan əlavə olaraq təmsilçilərdən biri qeyd edib ki, Google şirkətinin qərəzliyi 2.5 milyon insanın səsinə təsir edərək onların 2016-cı ildəki prezident seçkilərində demokrat Hillary Clinton-a səs vermələrinə səbəb ola bilərmiş. “Mən bu şirkəti heç bir siyasi qərəzlik olmadan idarə edirəm və çalışıram ki, bizim məhsullarımız da bu cür çalışsın. Buna əks şəkildə yanaşmaq bizim əsas prinsiplərimizə və iş maraqlarımıza zidd olardı” – deyə Sundar Pichai bildirib. Komitetin aparıcı demokratı isə respublikaçıların bu iddialarını tamamilə qeyri-legitim adlandırıb. “Google və digər online platformaların konservativ ideologiyalara üstünlük vermələri fikirləri sadəcə olaraq konservatorların uydurmalarıdır. Əvvəldə dediyim ki, bu iddiaların əsaslı sübutları yoxdur” – deyə demokrat bildirib.
        Bundan əlavə olaraq çıxış zamanı çox maraqlı bir hal yaşanıb. Belə ki, çıxış zamanı Sundar Pichai Google axtarış sistemində “axmaq” (ingilis dilində idiot) sözünü yazan zaman fotolar bölməsində nəyə görə Donald Trump-ın təsvirlərinin ortaya çıxmasını izah edib. “Axtarış sisteminin fotolar bölməsində axmaq sözünü axtarışa verəndə Donald Trump-ın fotoları ortaya çıxır. Mən elə indicə bunu etdim. Əgər bu baş verirsə, axtarış sistemi necə çalışır?” – deyə komitet təmsilçilərindən biri Sundar Pichai-dan soruşub. Pichai bildirib ki, Google tərəfindən təqdim olunan axtarış nəticələri aktuallıq, məşhurluq, operativlik və s. kimi faktorlar da daxil olmaqla 200-ə yaxın parametrlər üzrə sıralanır. “Bunları nəzərə alaraq biz hər bir axtarış sorğusu üzrə ən yaxşı nəticlərin seçilməsinə çalışırıq” – deyə Pichai bildirib.
        Bununla yanaşı çıxış zamanı şirkətin Dragonfly adlı yeni axtarış sistemi barəsində də danışılıb. Qeyd etmək lazımdır ki, Google şirkəti bu axtarış sistemini Çin bazarı üçün hazırlayırdı. Öz çıxışında Pichai bildirib ki, sözügedən layihə həqiqətən də hazırlanma prosesində olub, lakin bu barədə Çin hökuməti ilə heç bir müzakirə reallaşdırılmayıb. Bundan əlavə olaraq o qeyd edib ki, hal hazrda şirkət Çində axtarış sistemini istifadəyə verməyi planlaşdırmır.
        Pichai öz açıqlamasında qeyd edib ki, Google şirkəti Çin bazarına geri dönüşünü müəyyən mərhələdə planlaşdırıb və bu layihənin üzərində 100 nəfər şirkət əməkdaşı çalışıb. Bununla yanaşı Pichai Google şirkətinin Çin bazarına çıxması üçün hansı addımları ata biləcəyi barəsində məlumat verməyib. Qeyd etmək lazımdır ki, şirkət Drgonfly adlı axtarış sistemi üzərində çalışdığını bu ilin oktyabr ayında təsdiqləmişdi. Lakin həmin xəbərdən sonra şirkət əməkdaşları və insan hüquqlarının qorunması üzrə təşkilatlar bu layihəyə qarşı çıxmışdılar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər