main-post-cover

    Google şirkətinin iOS cihazlarda hansı istifadəçi məlumatlarını yığdığı məlum olub

    Sosial Media
    15.02.2021
    Emil Nəcəfov
        App Store-da tətbiqlərin yerləşdirilməsi siyasətində dəyişikliklərin reallaşdırılmasından sonra Google şirkəti dekabr ayından öz servislərinin iOS versiyalarını yeniləmirdi. Belə ki, App Store-da olan yeni qaydalara əsasən tətbiqlər istifadəçilərin hansı məlumatlarını yığdıqları barəsində məlumat verməlidirlər. Daha sonra Google bildirmişdi ki, o, istifadəçi məlumatlarının yığılması məsələsində öz üsullarından istifadə edəcək. Lakin görünür, şirkət hələki Apple qaydaları ilə razılaşmalı olub. Belə ki, Youtube tətbiqinin iOS versiyası yenilənib və onun sayəsində istifadəçilər Google şirkətinin hansı istifadəçi məlumatlarını yığdığını öyrənə biliblər.
        Youtube-un yenilənmiş versiyasında tərtibatçılar bir sıra səhvləri aradan qaldırıblar və servisin performansını yüksəldiblər. Lakin yenilənmiş versiyada heç bir yeni funksiya reallaşdırılmayıb. Analitiklərin fikirlərinə əsasən Google şirkətinin bu müddət ərzində öz servislərini yeniləməməsinin əsas səbəbi ondan ibarətdir ki, Apple şirkəti tərtibatçıları hansı istifadəçi məlumatlarının yığılması barəsində məlumat vermələrinə məcbur edir. Həmin məlumatlar isə reklam targetinqi üçün istifadə oluna bilərlər. Beləliklə Youtube servisi iOS-də əsasən ödəniş, geolokasiya, veb axtarış tarixçəsi və istifadəçinin kontaktlarının siyahısı barəsində məlumatları əldə edir. Google digər servislərini də bu cür yeniləməli və həmin servislərin hansı istifadəçi məlumatlarını yığdıqlarını qeyd etməlidir. 
    Linki kopyala