Logo
    main-post-cover

    Google Youtube-da yeni mahnı axtarışı üsulunu test edir

        Google Youtube-da mahnı axtarışının yeni üsulunu test edir. Test edilən üsul isə çox sadədir. Belə ki, istifadəçi axtardığı mahnını tapmaq üçün onu mikrofona ifa etməli olacaq. Artıq məhdud sayda Android istifadəçisi arasında istifadəyə verilmiuş bu funksiya bizlərin internetdə mahnıları necə axtardığımızı dəyişə bilər. Smartfonlar dünyasında mahnının səs vasitəsilə axtarışı prosesi artıq adi bir hala çevilib. Google AssistantSoundHound kimi servislər tapılan mahnıları Spotify servisinə əlavə etməyi bacarır və tapılmış mahnının klipini Youtube-da izləməyi təklif edirlər.
        Lakin mahnının yeni axtarış üsulu istifadəçinin mahnının adını unutduğu halda daha rahat görünür. Google bildirib ki, o, Youtube-da mahnıların istifadəçinin öz səsi ilə ifası üsulu vasitəsilə axtarışını test edir. Bununla yanaşı istifadəçilər mahnının fonda gələn səsini yazaraq onun adının təyin edilməsi funksiyasından istifadə edə biləcəklər.  Bu özəllik əsasən kafe və restoranlarda səslənən mahnıların adlarının tapılması üçün əla üsul ola bilər.
        Youtube-da mahnı axtarışı funksiyasından istifadə etmək üçün səsli axtarışdan mahnı axtarışına keçid etmək lazımdır. Mahnı axtarışına keçid edəndən sonra istifadəçi minimum 3 saniyə ərzində axtardığı mahnını ifa etməli olacaq. Daha sonra isə sistem istifadəçini Youtube-da axtarılan mahnıya yönləndirəcək. Söhbət, rəsmi klipdən, hər hansısa istifadəçinin videosundan və Shorts videolarından gedir. Hal hazırda bu funksiya Youtube-un Android üçün nəzərdə tutulmuş tətbiqinin məhdud istifadəçisi arasında aktivdir.
    Paylaş
    Bənzər xəbərlər