
Google Youtube-un dizaynında bəzi dəyişikliklər edib
Sosial Media
03.05.2023
Emil
Google şirkəti Youtube-un dizaynında dəyişikliklər reallaşdırmağa başlayıb. Bəzi istifadəçilər artıq bu dəyişiklikləri aşkar ediblər və screenshot fotoları təqdim ediblər. Screenshot fotolara əsasən Youtube-un istifadəçi interfeysi daha praktiki olub. Dizaynda reallaşdırılmış dəyişikliklər ana səhifədə kontentlərin bərabər şəkildə paylanmasına və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına istiqamətləniblər. Beləliklə işə salınmış video zamanı videonun başlığı, təsviri və digər detalları sağ hissədə əks olunacaqlar. Daha əvvəlki dizaynda sözügedən elementlər işə salınmış videonun alt hissəsində yerləşirdilər. Eynilə like, dislike düymələri və şərhlər bölməsi də aktiv videonun sağ hissəsinə köçürüləcək. Bununla belə servisin alqoritmləri tərəfindən məsləhət görülən digər videolar bu halda aşağı hissədə Gallery formatında yerləşəcəklər.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
