
Grok çat-botu X-in (keçmiş Twitter) bütün istifadəçiləri üçün aktiv olub
Sosial Media
09.12.2024
Emil
Elon Musk-a məxsus olan xAI şirkətinin generativ süni zəka sistemi əsasında çalışan Grok adlı çat-bot X-in (keçmiş Twitter) bütün istifadəçiləri üçün aktiv olub. Bu barədə məlumatı X istifadəçiləri xəbər veriblər. Onlar aşkar ediblər ki, X-in hətta premium abunəliyinə sahib olmadan belə gün ərzində hər iki saatdan bir Grok-a 10 sorğu göndərmək mümkündür. Qeyd etmək lazımdır ki, Grok çat-botu X daxilində hələ keçən il istifadəyə verilmişdi.
Lakin sözügedən çat-bot ilk növbədə yalnız premium abunəçilər üçün aktiv idi. Həmin vaxtda xAI şirkəti Grok-1 adlı süni zəka modelini təqdim etmişdi. Bu ilin aprel ayında Grok-1.5, avqust ayında isə Grok-2 təqdim olundu. Grok hal-hazırda istifadəçi kütləsi mövzusunda OpenAI şirkətinin ChatGPT çat-botundan və Google şirkətinin Gemini çat-botundan geridə qalır. Lakin Grok-un X-dəki bütün istifadəçilər üçün aktiv olması ona bu mövzuda digər çat-botlarla yarışa girməyə imkan verəcək. Qeyd etmək lazımdır ki, Grok-un həmçinin mobil tətbiqi də hazırlanır və o, yaxın zamanda istifadəyə verilməlidir.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Elon Musk-ın 100.000 GPU-lu superkompüteri ilk dəfə görüntülənib! (VİDEO)
Elon Musk-ın tamamlanması 122 gün davam edən və 100.000 GPU ilə təchiz olunmuş xAI Colossus superkompüteri ilk dəfə ictimaiyyətə təqdim edilib. Bir YouTuber, təsisi gəzərək görüntülərini paylaşıb.

Süni İntellekt
Süni zəka əsaslı Grok çat-botunun təılimatlandırılmasının hansı qiymətə başa gəldiyi məlum olub
Elon Musk özünə məxsus olan xAI şirkəti tərəfindən 1 il bundan öncə yaradılmış Grok adlı çat-botun inkişafı barəsində təfərrüatları bölüşüb.

Süni İntellekt
Elon Musk, süni intellekt üçün xüsusi superkompüter quracaq!
xAI-nin superkompüter layihəsi ortaya çıxıb. Elon Musk, şirkətin süni intellektini dəstəkləməsi üçün investorlar axtarışındadır.

Süni İntellekt
Elon Musk süni zəka əsaslı Grok 1.5 çat-botunu anons edib
Elon Musk özünün xAI şirkəti tərəfindən hazırlanmış Grok adlı süni zəka əsaslı çat-botunun yeni versiyasını anons edib.

Servislər
Elon Musk-ın xAI şirkəti öz ilk süni zəka əsaslı çat-botunu təqdim edib
Elon Musk-ın süni zəka sahəsində fəaliyyət göstərən xAI startapı Grok adlı süni əsaslı çat-botunu təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
