Logo
    main-post-cover

    Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib edilib

    Sosial Media
    29.05.2025
    Emil
         Pavel Durov-un Elon Musk ilə TelegramxAI arasında 1 illik tərəfdaşlıq barədə razılığa gəlindiyini elan etməsinə cavab olaraq amerikalı milyarder X sosial şəbəkəsində bildirib ki, bu müqavilə hələ imzalanmayıb. Bu razılığa əsasən messencerin 1 milyarddan çox istifadəçisi Grok adlı süni zəka əsaslı çat-botun imkanlarına çıxış əldə edəcək. Pavel Durov Musk-ın açıqlamasını şərh edərək bu məlumatın doğru olduğunu təsdiqləyib və qeyd edib ki, ümumilikdə razılıq əldə olunub, lakin formal məsələlər hələ yekunlaşmayıb.
         Onun paylaşımına şərhlərdə bir çox istifadəçi belə bir sual verib: Niyə hələ imzalanmamış bir müqavilə barədə açıqlama verilir? Üstəlik, Durov sövdələşmənin maliyyə detalları barədə də danışmışdı. Halbuki məlum olub ki, bu detalları hər iki tərəf hələ təsdiqləməyib. Bu razılaşmaya Telegram-ın xAI-dən 300 milyon dollar məbləğində nağd və səhmdar kapitalı formasında investisiya alması, eləcə də Telegram üzərindən satılacaq xAI abunəliklərindən 50% gəlir payı alması daxil idi. Bundan əlavə, Grok çat-botunun Telegram-ın bütün tətbiqlərinə inteqrasiya ediləcəyi də elan olunmuşdu.
    Paylaş