
Huaewei şirkəti Apple Music və Spotify-a alternativ Huawei Music servisini istifadəyə verdi
Sosial Media
16.03.2020
Emil
Öz smartfonlarına Google servislərinin quraşdırılması problemi ilə qarşılaşdıqdan sonra Huawei şirkəti Huawei Mobile Services (HMS) platformasının inkişaf etdirilməsinə start verdi. Bir neçə müddət bundan öncə şirkət özünün AppGallery adlı tətbiqlər mağazasını və Huawei Search axtarış sistemini təqdim etmişdi. İndi isə şirkət Huawei Music adlı musiqi servisini təqdim etdi.
Bu barədə Mysmartprice saytı xəbər verib. Beləliklə Huawei Music işə salındığı andan etibarən bir neçə dil dəstəyini əldə edib. Yeni musiqi servisi Spotify kimi geniş musiqi kolleksiyasına sahib olmasa da şirkət onu inkişaf etdirməyə söz verib. Maraqlısı ondadır ki, şirkət öz musiqi servisinin anonsunu hələ 2018-ci ildə etmişdi. Lakin servis yalnız indi istifadəyə verilib.

Bununla yanaşı sözügedən musiqi servisi həm AppGallery tətbiqlər mağazasında aktivdir və həm də satışa çıxmamışdan öncə Huawei və Honor smartfonlarına quraşdırılır. Digər brendlərin smartfonları üçün Huawei Music servisinin APK faylını servisin rəsmi səhifəsindən yükləmək olar. Huawei Music-də yükləmədən musiqilərin öncədən dinlənilməsi özəlliyi dəstəklənir. Bununla yanaşı istifadəçilər öz playlistlərini yarada və radiostansiyaları işə sala bilərlər. Avropada Huawei Music sevisinin 1 aylıq abunəlik haqqı 9.99 avro təşkil edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
