Logo
    main-post-cover

    Hüquq müdafiəçiləri Apple və Google-a çağırış edir

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, 28 qeyri-hökumət və hüquq müdafiə təşkilatından ibarət koalisiya AppleGoogle rəhbərliyinə açıq məktub ünvanlayaraq X platformasının və Grok alətinin tətbiq mağazalarından çıxarılmasını tələb edib. Təşkilatlar bildirir ki, X hazırda razılıq olmadan yaradılan deepfake görüntülərlə “dolub-daşır” və bu məzmun həm Apple-ın, həm də Google-un qaydalarını açıq şəkildə pozur.
    Apple and Google enter into a major partnership 🤝 Google's Gemini will  power Siri 👇 "After careful evaluation, we determined that Google's  technology provides the most capable foundation for… | Joseph Michael | 182  comments
        Məktubda vurğulanır ki, Grok qeyri-konsensual intim görüntülərin (NCII), o cümlədən azyaşlılara aid cinsi istismar materiallarının (CSAM) kütləvi istehsalında istifadə olunur. Bu cür məzmunun cinayət tərkibli olduğu və Apple-ın App Review Guidelines qaydalarına zidd olduğu xatırladılaraq, Tim CookSundar Pichai dərhal addım atmağa çağırılır.
        Koalisiyaya qadın hüquqları üzrə UltraViolet, National Organization for Women, Women’s March, MoveOn və Friends of the Earth kimi təşkilatlar daxildir. Təşkilatlar Grok-un şəkil yaratma və redaktə funksiyalarını yalnız ödənişli istifadəçilərlə məhdudlaşdırmasını “səmərəsiz və simvolik addım” adlandırır. Onların fikrincə, bu yanaşma problemi həll etmir, əksinə, sui-istifadə olunan NCII məzmununun monetizasiyasına xidmət edir. Məktublarda Apple və Google-un bu vəziyyətdə təkcə zərərli məzmuna şərait yaratmadığı, həm də ondan dolayısı ilə gəlir əldə etdiyi iddia olunur.
    Paylaş