main-post-cover

    Hüquq-mühafizə orqanları Meta şirkətinin mesajlarda end-to-end şifrələnməsindən imtina etməsini istəyirlər

    Sosial Media
    20.04.2023
    Farid Pardashunas
        FBI, İnterpol, Britaniyanın Cinayətlərlə Mübarizə Milli Agentliyi və bir sıra ölkələrin hüquq-mühafizə orqanları Meta şirkətinin öz platformalarında mesajların end-to-end şifrələnmələri imkanını genişləndirməsi qərarını tənqid ediblər. Müxtəlif ölkələrin 15 hüquq-mühafizə orqanının təmsilçilərinin daxil olduqları Virtual Qlobal İşçi Qrupu (VGT) həmçinin uşaqların cinsi istismardan və internetdə qısnamalardan qorunması ilə məşğul olur.
        VGT-nİn fikrincə Meta şirkətinin end-to-end şifrələnməsi imkanının öz platformalarında genişləndirilməsi vəziyyəti pisləşdirəcək və uşaqlarınn təhlükəsizliklərinin təmin edilməsini qəlizləşdirəcək. Hüquq-mühafizə orqanları texnoloji şirkətləri istifadəçilərin konfidensiallıqlarının təmin olunması üçün istiqamətlənmiş tədbirlər ilə uşaqların internetdə təhlükəsizliklərinin təmin edilməsi üçün istiqamətlənmiş tədbirlər arasında balansın qurulmasına çağırıblar. Meta şirkətinin təmsilçiləri bildiriblər ki, şirkət azyaşlılar da daxil olmaqla bütün istifadəçilərinin hüquqlarının pozulduqları halları dəqiq şəkildə təyin edən və onlarla mübarizə aparmağa imkan verən mexanizmlərə sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər