İlin fırıldağı. Vlogger ödənişli əsl UFC döyüşünü kompüter oyunu kimi izləyicilərə təqdim etdi

İlin fırıldağı. Vlogger ödənişli əsl UFC döyüşünü kompüter oyunu kimi izləyicilərə təqdim etdi

Sosial Media
05.12.2017 PAYLAŞIM

Məşhur vlogger bir neçə saat ərzində əsl internet sensasiyasına çevrilib.

Belə ki, AJ Lester ləqəbli gənc vlogger sistemi aldadaraq öz kanalında Jose Aldo ilə Max Holloway-ın UFC 2018 turniri çərçivəsində vacib döyüşün canlı yayımını təqdim edib. Bu barədə Eurogamer.net saytı xəbər verib. Bu cür döyüşlər adətən ödənişli yayımlar vasitəsilə izləyicilərə təqdim olunur. YouTube Twitch kimi servislərdə həmin döyüşlərin yayımı isə ban olunur. Lakin AJ Lester adlı gənc vlogger sistemi necə aldadacağının yolunu tapıb. Sistem tərəfindən ban almamaq üçün vlogger bütün döyüş vaxtı özünü elə aparıb ki, guya “EA” şirkətinin UFC 3 oyununu oynayır.



Canlı yayım zamanı AJ Lester guya gamepad düymələrinə basaraq nəsə etdiyini və hətta ekranda döyüşçülərdən birində (guya onun idarə etdiyi oyunçu) nəsə alınmayanda şikayətlənərək bacardığı qədər özünü elə göstərib ki, guya ekranda əks olunan real döyüş yox sadəcə olaraq bir kompüter oyunudur. Bütün gecə ərzində o, obrazdan çıxmayaraq qalibiyyətə sevinir və nəsə düzgün getməyəndə üzülürdü. Maraqlısı bundadır ki, vloggerin bu hiyləsi tamamilə baş tutub. Onun canlı yayımı blocklanmadı və bir dəfə də olsun yoxlanışdan keçmək üçün kəsilmədi. AJ Lester-in bu hərəkəti oyun sektorunda əsl rezonans yaratdı. Bir neçə saat ərzində onun kanalına minlərlə insan abunə oldu.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..

×