“Influencer Day ” Bakıda ilk dəfə 30 Sentyabr tarixində

“Influencer Day ” Bakıda ilk dəfə 30 Sentyabr tarixində

20.09.2017 PAYLAŞIM

2017-ci il sentyabrın 30-u tarixində "Dreamland Baku Golf Villas and Residences" də son zamanların trendi olan influencer marketinqinə həsr edilmiş tədbir keçiriləcək.

Influencerlər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrinə inlfuencerləri cəlb etməklə ciddi uğurlar qazanırlar. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini influencer adlandırmaq olar.


Regionda ilk dəfə keçiriləcək tədbirin əsas məqsədi brend və influencerləri bir araya gətirmək və onları əməkdaşlığa təşviq etməkdir. 150 nəfərə yaxın şəxsin iştirak edəcəyi “Influencer Day”-ə qonaqlar xüsusi dəvətnamə ilə qatılacaqlar. Bu qonaqlara top influencerlər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri və şirkət rəhbərləri daxildir.Rəsmi hissədə Sosial Era marketinqi, Keepface Influencer Marketing platforması, Influencer və data analizi haqqında maraqlı təqdimatlar ediləcək. Daha sonra isə qonaqları maraqlı panel müzəkirəsi gözləyir. Müzakirələr zamanı qonaqlar onları maraqlandıran sualları panel iştirakçılarına ünvanlaya biləcəklər. Tədbirin ən əhəmiyyətli hissəsi isə influencerlərin mükafatlandırılması olacaq. Onlar öz influencer fəaliyyətləri və brendlərlə əməkdaşlıq haqqında təəssüratlarını bölüşəcəklər.

Tədbir "Dreamland Baku Golf Villas & Residences"da yerləşən villalara, qolf meydançasına tur ilə davam edəcək. Daha sonra qeyri-rəsmi hissə başlayacaq. Burada isə qonaqlar şam yeməyinə dəvət olunacaq.

“Influencer Day Baku “ tədbirinin təşkilatçıları Keepface DMCC və "Dreamland Baku Golf Villas & Residences"şirkətləridir. Həmçinin Hooki Cafe, Az-Granata, Chelebi və Vitam şirkətləri tədbirin həyata keçirilməsində dəstək olurlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qlobal taxi tətbiqlərinin Instagram səhifəsində yerli taxi xidməti?

Bugün səhər saatlarında sosial mediada yayımlanan ekran görüntüləri görənləri təəccübləndirib...


İmzanı Azercell ilə tanıt!

Azercell ölkəmizin istedadlarına dəstək verir.


YouTube uşaqlar üçün olan bütün kontenti ayrıca tətbiqə keçirdə bilər..

Uşaqlar üçün nəzərdə tutulmuş videolar YouTube servisində ən məşhur video kateqoriyalarından biridi..


Azercell-in dəstəklədiyi 'İdeyadan Biznesə' layihəsi çərçivəsində startap turla..

“I2B - İdeyadan Biznesə” layihəsi startaplara dəstək olmaq, eləcə də innovativ ideyaların həyata keç..


Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

Ötən il təhsil sahəsində beynəlxalq olimpiadalarda yüksək göstəricilərə imza atan məktəblilərimiz bu..


Bakı və bölgələrdə maarifləndirmə tədbirləri davam edir

Azercell-in dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidməti çətinliyi olan uşaqların yanındadır..

×