
İnsanlar Instagram'da indiyənə kimi paylaşdıqlarını kənar tətbiqsiz yükləyə biləcəklər
Sosial Media
12.04.2018
Emil
Instagram təmsilçilərindən biri bildirib ki, yaxın zaman ərzində
istifadəçilər sözügedən servisdə paylaşmış olduqları bütün foto və videoları
yükləyə biləcəklər. Bunun üçün servis xüsusi funksiya hazırlayır. Bu barədə
Techcrunch saytı xəbər verib. Sosial şəbəkədə olan şəxsi məlumatları saxlamaq
üçün alət servisdə mütləq olmalıdır. Bu, Avropada 25 May tarixindən qüvvəyə minəcək
internetdə məlumatın təhlükəsizliyi qanununun tələbidir.

Hal-hazırda
Instagram-da başqasının və ya şəxsi foto və videonu yükləmək qeyri-mümkündür.
Bunu yalnız kənar tətbiqlər vasitəsilə etmək olar. Hələki bu funksiyanın necə
çalışcağı və hansı növ məlumatların yükləmək mümkünlüyü barəsində heç bir məlumat
yoxdur. Çox güman ki, foto və videodan əlavə olaraq, özəl mesajları, dostlar
siyahısını və digər məlumatları yükləmək mümkün olacaq. Yeni funksiyanın nə
zaman aktiv olacağı tam dəqiq bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
