
Techcrunch saytının redaktoru Android üçün Instagram-ın APK tətbiqinin fayllarında zənglər funksiyası barəsində məlumatlar tapıb.
Qeyd etmək lazımdır ki, Instagram ismarışlar mübadiləsi üçün artıq Direct adlı funksiyaya sahibdir. İndi isə bu funksiya birbaşa messencerə çevrilir. Audio və videozənglər üçün hətta artıq ikonlar da hazırdı. Instagram təmsilçiləri bu xəbər ilə bağlı heç bir rəy bildirməyiblər.
Həmçinin qeyd etmək lazımdır ki, daha öncədən də APK tətbiqinin
fayllarında GIF təsvirlər funksiyası aşkar edilmişdi və Instagram təmsilçiləri
həmin vaxtda da rəy bildirməmişdilər. Nəticədə 1 həftədən sonra sözügedən
funksiya Instagram-a əlavə olunmuşdu. Beləliklə belə qənaətə gəlmək olar ki, bu
yeni funksiyanın anonsu yaxın zamanda baş tutacaq.
Şərh yoxdur