
Instagram-a birgə aparılan canlı yayım funksiyası gəldi
Sosial Media
25.10.2017
Emil
Instagram-a birgə aparılan canlı yayım funksiyası gəldi.
Sözügedən yeni funksiyanın testi hələ
Avqust ayında aparılırdı. Lakin indi o, bütün istifadəçilər üçün aktiv olub. Bu
yeni funksiya sayəsində canlı yayım aparan istənilən şəxs real zaman ərzində
istənilən digər şəxsi öz canlı yayımına dəvət edə və ya dəvət etdikdən sonra
onu canlı yayımdan çıxara bilər.

Birgə aparılan canlı yayım zamanı da həmişə
olduğu kimi izləyicilər şərh yaza və ya canlı yayımı bəyənə bilərlər. Birgə
aparılan canlı yayımı telefonun yaddaşında saxlayıb daha sonra onu Stories
vasitəsilə paylaşmaq olar. Canlı yayıma daha bir şəxsi əlavə etmək üçün aşağı
hissədə sağ tərəfdə yerləşən yeni düyməyə klik etmək kifayətdir. İkinci şəxs
canlı yayıma qoşulan zaman isə canlı yayım ekranı iki hissəyə ayrılır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
