main-post-cover

    Instagram'a Dark Mode rejimi gəldi

    Sosial Media
    25.09.2019
    Emil Nəcəfov
        Google şirkəti öz servislərinə artıq Dark Mode rejimini əlavə edib. İndi isə kənar tərtibatçılar öz tətbiqlərinə bu rejimi əlavə etməyə başlayıblar. Belə ki, Instagram fotoservisinin tərtibatçıları Android istifadəçiləri üçün fotoservisin 114.0.0.0.24 versiyasını anons ediblər. Həmin versiya isə qara və boz elementlərdən ibarət qara interfeysə sahibdir. Bu barədə XDA-Developers saytı xəbər verib. Həmin interfeys öz növbəsində AMOLED ekranlı smartfonlar üçün optimizasiya edilib.
        Bu cür interfeys AMOLED ekrana sahib smartfonların batareyalarındakı enerji sərfiyyatına qənaət edəcək. Bununla yanaşı Dark Mode rejiminə sahib tətbiqdən axşam vaxtları rahat şəkildə istifadə etmək mümkün olacaq. Məlumatda qeyd edilib ki, bu yeni interfeys hələ ki, One UI interfeysinə sahib Samsung smartfonlarında və Android 10 əməliyyat sistemində çalışır. Digər smartfonların Dark Mode rejmini nə zaman əldə edəcəkləri barəsində bir məlumat yoxdur.
    Linki kopyala