
Instagram-a Messenger-in vacib funksiyası gəlir
Sosial Media
30.01.2018
Emil
Görünür, “Facebook” Instagram-ı daha çox Messenger-ə və WhatsApp-a çevirmək istəyir.
Belə ki, Instagram-ın ictimai olmayan iOS versiyasında direct ismarış bölməsində videozəng işarəsi peyda olub. Çox güman ki, yaxın zamanda istifadəçilər Instagram vasitəsilə öz aralarında videozənglər sayəsində ünsiyyət qura biləcəklər. Instagram-dakı videozəng funksiyası hələki hazırlanma mərhələsindədir və istifadəçilər üçün aktiv deyil. Əgər bu yeni funksiya reallaşdırılsa bu, “Facebook”un öz tətbiqlərinin funksionallıqlarını bir araya gətirdiyinin bariz nümunəsi olacaq. Baxmayaraq ki, bu tətbiqlərin hamısı bazarda istifadə olunurlar. Biz sadəcə olraq bu cür siyasətin şirkəti hara gətirəcəyi barəsində nəzəriyyələr qura bilərik.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
