
Instagram alış-verişlər üçün ayrıca tətbiq hazırlayır
Sosial Media
05.09.2018
Emil
Məşhur Instagram servisi alış-verişlər üçün nəzərdə tutulmuş
ayrıca tətbiq üzərində çalışır. Bu barədə The Verge saytı xəbər verib. Yeni
servis Ig Shopping adlana bilər. Məlumata əsasən yeni tətbiq vasitəsilə istifadəçilər satıcıların səhifələrini izləyə, onların təqdim etdikləri məhsullara baxa və
alış-veriş edə biləcəklər. Yeni tətbiqin nə zaman istifadəyə verilməsi barəsində
isə heç bir məlumat yoxdur. Instagram-ın fikrincə bu layihə şirkətin elektron kommersiya
bazarında genişlənməsi üçün ideal vasitədir. Bununla yanaşı tətbiqin istifadəyə
verilməsindən öncə onun ləğv olunması ehtimalı da istisna deyil. Instagram
servisinin təmsilçiləri isə bu barədə fikir bildirməkdən imtina ediblər. Qeyd
etmək lazımdır ki, artıq 25 milyondan çox şirkətin Instagram hesabı var.
Facebook-un verdiyi məlumata əsasən onlardan 2 milyonu reklam verənlərdir.
Instagram-ın 5 istifadəçisindən 4-ü müəyyən bir şirkətin hesabını izləyir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
